Sorğu

Loading ... Loading ...

Təqvim

Ноябрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Paata İmnadze: “Gürcüstanda həftə ərzində 10 min nəfər qrip virusuna yoluxacaq “


“Həftə ərzində 10 000 nəfər qrip virusuna yoluxacaq”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu bu gün Tiflisdə keçirdiyi mətbuat konfransında Gürcüstanda Xəstəliklərə Nəzarət və Səhiyyə Milli Mərkəzinin Elmi Şurasının rəhbəri Paata İmnadze bildirib.

Onun sözlərinə görə, ölkədə həftə ərzində təxminən 10 min nəfər qrip virusuna yoluxur. “Xəstəliyə yoluxanların əksəriyyətində ağırlıq halları o qədər də müşahidə edilmir. Bəzi hallarda xəstələrin vəziyyəti ağırlaşır, lakin onlar sağalırlar. Bəzən də elə olur ki, digər xəstəliklərin fonunda qrip virusu inkişaf edib və ölüm halları baş verib. Hazırda hər 100 min nəfərdən 357-si qripə yoluxub”, – deyə o bildirib.

P. İmnadze hazırda Gürcüstanda virusa yoluxan xəstələrin sayını ötən illərdə qeydə alınan göstəricilərlə müqayisə edib: “2009-2010-cu illərdə virusdan 33 nəfər ölüb, 2011-2012-ci illərdə isə 53 nəfər ölüb”.

Xatırladaq ki, bu il Gürcüstanda “donuz qripi”dən 9 nəfər dünyasını dəyişib.

Apa.az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]