Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

“PAŞA Bank “ın İdarə heyətinin yeni sədri təyin olunub

2015-ci il iyulun 1-dən “PAŞA Bank” ASC-nin sədri vəzifəsinə hazırda bankın İdarə Heyətinin üzvü Taleh Kazımov təyin olunub.

Bankdan Trend-ə verilən məlumata əsasən, bu təyinatdan əvvəl “PAŞA Bank”a Fərid Axundov rəhbərlik edirdi. F. Axundov öz işini bankın Müşahidə Şurasının Üzvü kimi davam edəcək.

F.Axundovun sözlərinə görə, Bankın rəhbərliyinin dəyişdirilməsi haqqında qərarın qəbul edilməsi və kollektivin bu qərar haqqında məlumatlandırılması 2014-cü ilin fevral ayında baş tutub: “Biz çox şadıq ki, Bankın idarəçiliyi məhz Bankın təsis edildiyi gündən bankda çalışan daxili namizədin təcrübəli əllərinə keçir və mən əminəm ki, Taleh Kazımovun rəhbərliyi altında “PAŞA Bank” Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda uğurlu fəaliyyətini davam etdirəcək. İdarə heyətinin sədri olduğum müddətdə göstərdikləri dəstəyə görə mən Bankın bütün əməkdaşlarına öz təşəkkürümü bildirirəm”,- deyə F.Axundov bildirib.

“Fərid Axundov Azərbaycanda “PAŞA Bank”ın qabaqcıl maliyyə institutlarından birinə çevrilməsi işində mühüm rol oynayıb. 2015-2017-ci illəri əhatə edən strategiyamızın uğurla həyata keçiriləcəyinə və “Azərbaycan-Türkiyə-Gürcüstan” iqtisadi üçbucağı çərçivəsində Bankın parlaq gələcəyinə əminəm. Mən bütün kollektivimiz adından Fərid Axundova gələcək fəaliyyətində peşə uğurları arzulayıram”, – T.Kazımov qeyd edib.

T.Kazımov Azərbaycan Texniki Universitetinin “Avtomatika və hesablama texnikası” fakültəsinin bakalavr pilləsini bitirmiş, daha sonra isə Azərbaycan Dövlət Neft Akademiyasında MBA dərəcəsi və Georgia State University-də kommersiya üzrə dərəcə almışdır. Həmçinin, 2013 ildə T.Kazımov London Business School (Böyük Britaniya) və Harvard Business School (ABŞ) məzunu olub.

2001-2007-ci illərdə bank sektorunda müxtəlif vəzifələrdə çalışmış və auditor fəaliyyəti ilə məşğul olub. PAŞA Bankda öz karyerasına Risklərin İdarə Olunması Departamentinin meneceri vəzifəsində başlayıb. 2011-ci ilin dekabr ayında İdarə Heyətinin üzvü və Baş İnvestisiya Inzibatçısı vəzifəsinə seçilib. Son təyinata qədər onun tabelçiliyində korporativ və KOS-bankinq istiqamətləri, investisiya bloku, ticarətin və ixracın maliyyələşdirilməsi, kredit menecmenti sahələri olub.

T.Kazımov yeni vəzifəsinin icrasına iyulun 1-dən başlayacaq.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]