Sorğu

Loading ... Loading ...

Təqvim

April 2018
M T W T F S S
« Mar    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Politoloq: Regionda seçkilər ilinin olması Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edə bilər

“Aprelin 11-də Azərbaycanda da Prezident seçkiləri keçiriləcək, hazırda təbliğat-təşviqat prosesi gedir. Eyni zamanda, qonşu dövlətlərdə də seçkilər ilidir. Rusiyada Vladimir Putinin yenidən 6 il müddətinə prezident seçilməsi və ümumiyyətlə, regionda seçkilər ilinin olması ilə əlaqədar Dağlıq Qarabağ münaqişəsinin həllində müsbətə doğru hər hansı addımın atılacağı gözlənilə bilər”. Bunu Trend-ə açıqlamasında politoloq Arzu Nağıyev deyib. A.Nağıyev bu proseslərin regiondakı təhlükəsizliyə təsir edən əsas amillər olduğunu nəzərə çatdırıb.Onun sözlərinə görə, Azərbaycanın xarici siyasətində prioritet istiqamət yenə də Dağlıq Qarabağ münaqişəsinin həllidir:

“Bu, həm də ölkənin daxili siyasətində mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Məhz V.Putinin seçilməsi ilə əlaqədar Dağlıq Qarabağ münaqişəsinn həllində müsbətə doğru hər hansı addımın atılacağı gözlənilir. Düşünürəm ki, bu seçkilərdən sonra münaqişənin yeni bir müharibəyə keçməməsi üçün Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm addımlar atılmalıdır. Buna səbəb və təsir edən amillər regionda böyük iqtisadi layihələrin həyata keçirilməsi ilə bağlıdır. Çünki bu gün böyük iqtisadi layihələrin həyata keçirilməsində Azərbaycan dəhliz rolunu oynadığı üçün burada regional təhükəsizliyə təhdidin qarşısı alınmalıdır”.

A.Nağiyev hesab edir ki, regionda böyük layihələrin həyata keçirilməsi üçün sülhün bərqərar olması çox vacibdir. Bunun üçün isə ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm addımlar atılmalı və Ermənistana təsirli təzyiq mexanizmi olmalıdır: “Bunu Qərb də, regional dövlətlər də başa düşməlidirlər. Türkiyənin keçirdiyi Afrin əməliyyatının da əsas məqsədi məhz terrorla mübarizədir və onun əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Bu gün terrordan təmizlənən həmin bufer zonada Türkiyə gələcək iqtisadi, siyasi fəaliyyətini davam etdirmək üçün həm özünə, həm də regional dövlətlərə mühüm zəmin yaradır. Son vaxtlar ikili, üçlü, hətta dördlü platformalarda regional dövlətlərin rəhbərlərinin görüşü keçirilir. Bu, çox təqdirəlayiq haldır. Martın sonunda İran Prezidentinin Azərbaycana səfəri gözlənilir. Bütün bunlar çox mühüm əhəmiyyət kəsb edən problemlərin həlli üçün əlverişli müstəvidir. Bu da regionun inkişafı və sülhün bərqərar olması, münaqişə ocaqlarının birgə söndürülməsi üçün ən mühüm əhəmiyyət kəsb edən amillərdən biridir. Azərbaycanın da bu istiqamətdə apardığı balanslı siyasət çox təqdirəlayiq və effektlidir”.

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com