Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Polşanın Baş nazirinin müavini Azərbaycana gələcək

Polşanın Baş nazirinin müavini, İqtisadiyyat naziri Yanuş Pexoçinski 22-ci Xəzər Beynəlxalq “Caspian Oil and Gas” sərgisi və konfransında iştirak etmək üçün Azərbaycana gələcək. Bu barədə Trend-ə Polşanın Bakıdakı səfirliyindən məlumat verilib.

Səfər çərçivəsində Polşanın Baş nazirinin müavini Azərbaycan hökuməti ilə bir sıra görüşlər keçirməyi və iqtisadi sahədə iki ölkə arasında əməkdaşlıq perspektivlərini müzakirə etməyi planlaşdırır.

Polşa hökuməti Azərbaycana sərmayə qoymaq imkanlarını nəzərdən keçirir. Xüsusilə aqrar sektor, ərzaq məhsullarının istehsalı perspektiv sahələrdən hesab edilir. Səfirlikdən qeyd edilib ki, bu məsələlər Azərbaycan tərəfi ilə danışıqlar zamanı diqqət mərkəzində olacaq.

Azərbaycanın nəqliyyat infrastrukturu ilə əlaqəli layihələrdə iştirak etmək də Polşa tərəfi ilə əməkdaşlıqda perspektiv sahələrdən biridir.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]