Sorğu

Loading ... Loading ...

Təqvim

July 2018
M T W T F S S
« May    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Partnyorlarımız

Praqada “İslam dünyasında və Azərbaycanda qadınların ictimai və peşəkar həyatda rolu” mövzusunda seminar keçirilib

Fevralın 2-də Çexiyadakı “Ivy Group” şirkətinin təşkilatçılığı və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə Praqadakı Nyu-York Universitetində “İslam dünyasında və Azərbaycanda qadınların ictimai və peşəkar həyatda rolu” mövzusunda seminar keçirilib. Tədbirin keçirilməsində məqsəd Azərbaycanın dünyəvi, multikultural, tolerant və proqressiv adət-ənənələri, milli dəyərləri haqqında məlumatın yerli ictimaiyyətə təqdim edilməsindən ibarət olub.

Seminarda Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev, bir sıra ölkələrin səfirləri, çex elmi dairələri, ictimaiyyətin nümayəndələri və yerli tələbələr iştirak ediblər.

Tədbirdə “Ivy Group” şirkətinin təsisçisi Tamerlan Vahabov, ADA Universitetinin təmsilçisi Şəfəq Mehrəliyeva, Karl Universitetinin nümayəndəsi Zuzana Krixova və Çexiya Elmlər Akademiyasının əməkdaşı Bronislav Ostranski çıxış ediblər. Tədbirə Nyu-York Universitetinin professoru Tomaş Klvanya moderatorluq edib.

Tamerlan Vahabov öz çıxışında Azərbaycanda tarixən qadınlara bərabər hüquqlu münasibətin olduğunu qeyd edərək, hal-hazırda ölkə rəhbərliyi tərəfindən qadınların ictimai və peşəkar həyatda roluna böyük diqqət yetirildiyini qeyd edib.

ADA Universitetinin təmsilçisi Şəfəq Mehrəliyeva əvvəlcə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizin ictimai-siyasi həyatındakı fəaliyyəti haqqında danışıb. Natiq Mehriban xanım Əliyevanın qadınlar üçün nümunəvi rolunu xüsusi qeyd edərək, onun qadın hüquqlarının təmin edilməsində davamlı səyləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Şəfəq Mehrəliyeva daha sonra Azərbaycan tarixinin görkəmli qadın şəxsiyyətlərindən bəhs edərək, onların fəaliyyəti və özündən sonra qoyduqları miras barəsində söhbət açıb. O, xüsusilə Tomris, Nüşabə, Məhsəti Gəncəvi, Sara xatun, Xurşidbanu Natəvan kimi qadın mütəfəkkirlərimizin roluna toxunub. Həmçinin 1918-ci ildə Azərbaycanda qadınlara bəzi Qərb ölkələrindən əvvəl səsvermə hüququnun verildiyi də xüsusilə qeyd olunub.

Digər çıxışçılar müsəlman ölkələrində qadınların cəmiyyətdə oynadığı rol, üzləşdikləri çətinliklərdən bəhs edərək, Azərbaycanı müsbət nümunə kimi təqdim ediblər. Natiqlər ölkəmizdə qadınların peşəkar sahədə əldə etdikləri nailiyyətləri misal çəkərək, Azərbaycanda müsəlman adət-ənənələrinə riayət edilməklə dünyəvi sistemin bərqərar edilməsindən məmnunluqlarını ifadə ediblər.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com