Sorğu

Loading ... Loading ...

Təqvim

Декабрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Prezident: “Türkmənistan Azərbaycan və Türkiyə ilə transsərhəd qaz kəmərinin çəkilməsi ilə bağlı danışıqları davam etdirir”

“İnanıram ki, razılığa gələcəyik və bu, Avropa vətərinin reallaşdırılması istiqamətində yeni bir addım olacaq”
“APA-Economics”in RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov moldovalı həmkarı Nikolay Timofti ilə danışıqlardan sonra deyib.
“Xəzər dənizi ilə bağlı məsələlərə gəlincə, biz hazırda Azərbaycan və Türkiyə ilə transsərhəd qaz kəmərinin tikintisi ilə bağlı danışıqları davam etdiririk. İnanıram ki, biz razılığa gələcəyik və bu, Avropa vətərinin reallaşdırılması istiqamətində yeni bir addım olacaq”, – deyə Türkmənistan prezidenti bildirib.
Moldova prezidenti isə qeyd edib ki, türkmənistanlı həmkarı ilə danışıqlar zamanı əsasən enerji təhlükəsizliyi məsələləri müzakirə olunub: “Biz Türkmənistanın iştirakı ilə Xəzər dənizi regionunda enerji layihələrinin reallaşdırılmasını müzakirə etdik. Belə bir razılığa gəldik ki, bizim mütəxəssislərimiz bu sahədə əməkdaşlığı davam etdirsin”.
/apa.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]