Sorğu

Loading ... Loading ...

Təqvim

April 2018
M T W T F S S
« Mar    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Qax rayonun tarixinin saxtalaşdırılması aradan qaldırılmalıdır

Qax rayonun tarixinin saxtalaşdırılması aradan qaldırılmalıdır Ölkəmizdə turizmin inkişafı əcnəbi qonaqların respublikamıza gəlməsinə və onun tarixi haqqında məlumatların əldə edilməsinə yeni imkanlar yaratmışdır. Bölgələrdəki tarixi abidələr haqda qısa məlumatlar əsasən onların üzərində yerləşdirilən kişik lövhələrdə əks olunur. Buradakı mətinlər, təbii ki, azərbaycan dilində verilir. Lakin bəzi hallarda, bunun əksi olaraq, abidənin tarixi haqda mətn başqa dildə verilir və burada nə yazıldığını ya bu sahəyə məhsulliyət daşıyan səxslər (Mədəniyyət və Turizm nazirliyi nümayəndələri), ya da yerli sakinlər məlumatlı deyildilər. Bunun bariz nümünəsi Qax rayonunda olan bəzi abidələrdəki gürcü dilində verilən lövhələrdir. Qeyd etmək lazımdır ki,tarixi abidələrin üzərində olan yazılar xarici dildə yazılmaqla onların tarixi özgələşdirilir. Hər bir halda əgər Qax rayonunun Qaxbaş kəndində yerləşən kilsənin gürcülərə aid olduğu iddia edilirsə, onun tarixi dəqiqliklə araşdırılmalıdır. Qax rayonunu az-çox tanıyan hər kəs bilir ki, onun bütün kəndlərində ən azı 1-2 Alban məbədi vardır. Qarabağ bölgəsində olan Alban məbədləri zamanında ermənilər tərəfindən saxtalaşdırılaraq Ərşakilər-Arsax, Alban məbədləri isə erməni Qriqoryan kilsəsi adlandırılır. Qarabağın Alban məbədləri kimi Böyük Qafqazın da tarixinin saxtalaşdırılmasına imkan verilməməlidir.
Qaxbaş kəndi ərazisində yerləşən Müqəddəs Nino kilsəsi adı ilə tanınan kilsənin daxilində və üzərində olan yazılar gürcü dilində yazılmışdır. Qaxbaş kəndində gördüyüm bu mənzərə məni narahat etməyə bilməzdi. Hər tərəfdə yazılar gürcü dilində idi. Sanki mən öz ölkəmdə deyiləm, Gürcüstan ərazisində idim.
Mən kilsəyə daxil oldum və mənə qarşı Gürcüstandan ezam edilmiş rahibin münasibəti təəccüb doğurdu. Məni kilsədən uzaqlaşdırmaq məqsədilə şalvar geyindiyimizi bahanə edrək xaç suyuna salınma mərasimini izləməyə icazə vermədi və kobud əl hərəkəti ilə köməkçilərinə məni uzaqlaşdırmağı əmr etdi. Daxilimdəki narazılıq daha da artdı. Əlbəttə kilsədə dini mərasimdə olduğum üçün narazılıq bildirmək istəmədim, amma bu əhvalat mənim yadımdan silinmədi.
2009-cu ilin yayında baş verən bu hadisədən sonra hər il aprel ayında keçirilən turizm sərgisində Qax rayonu Turizm-İnformasiya şöbəsinin əməkdaşları ilə görüşərək bu hadisə haqda fikir mübadiləsi edirəm. Belə vəziyyət rayonun digər yerlərində də gözə çarpır. Belə ki, Qaxın Ləkit kəndində yerləşən “Yeddi kilsə” adlı kilsə kopleksinin stenddə qürcü dilində qədim yaşayış yeri kimi təqdim edilməsininin də şahidi oldum. Səhflərini etiraf eitdilər, amma şəkillərə bir ətək pul verilib deyib, yeni stendə maliyyəmiz çatmır dedilər. Mənə məsələ ilə bağlı məşqul olacaqlarını və kilsədə yazıların öncə azərbaycan türkcəsində sonra gürcücə yazılacağını söz verdilər və “təbii ki,” verilən söz elə sözdə də qaldı. Keçən ilin yayında tədqiqat işimlə əlaqədar, yenidən Qaxa getməli oldum, ayaq saxlayıb, daha döğrusu maşın saxlayıb bir nəzər yetirək dedik. Yenə də eynən köhnə hamam, köhnə tas.., yəni heç nə dəyişilməmişdir. Belə halda məndə sual yaranır – axı Respublikanın Mədəniyyət və Turizm Nazirliyinin müvafiq bölmələri nə səbəbə buna nəzarət etmirlər. Tarix bir daha göstərir ki, bizim xalqımızın tarixinə aid bütün tarixi faktların saxdtalaşdırılmasında elə bizim günahımızda az deyil. Ona görə bu sahəyə cavabdeh olan məmurlar artıq yuxudan oyanmalıdırlar.
Şəxsən mənim gürcü xalqı ilə heçbir ədavətim olmasa da, Gürcüstandan göndərilmiş rahibin yerli əhali arasında xristianlığın təbliği faktı narahatlıq doğurmalıdır. Rayonun xristyanlaşdırmaq cəhtlərinin kökü tarixi keçmişdənn irə gəlir. Bunu aşıqlamaq üçün bölgədə yaşayan gel tayfaları və onların aqibət haqda yazmaq yerinə düşərdi.
Gel tayfalarının gürcü şivəsinə yaxın bir dildə danışmasının səbəbi Çar Rusiyası dövründə (XVIII əsrlərdə) Qax rayonuna məqsədli şəkildə köçürülən gürcülərin əsas missiyası – Gelləri assimilyasiyası – idi. IX əsrdə Azərbaycan ərazisində islam dinin qəbul edilməsindən sonra gellər arasında cizyə vergisi müqabilində onu qəbul etməyən gellər də oldu. Çar Rusiyasının köçürdüyü gürcülər Böyük Qafqazın cənub-qərb ətəklərini Kartli-Kaxetiya adlandıraraq həm əraziyə həm də yerli əhalinin mədəniyyətinə, tarixi abidələrinə şərik çıxdı. Din fərqləri arasında evliliklərin olmaması ilə əlaqədar xristian gellər xristian gürcülərlə evləndi. Beləliklə də, zamanla gellər gürcüləşdi. İslamı qəbul edən gellər isə, digər gellərlə dil əlaqəsini itirməmək üçün zamanla onların da dili gürcüləşməyə məruz qaldı. Lakin həmin gellərin özlərinin də etirafına görə gürcü dili ilə hazırkı yengiloy dili çox fərqlidir. Hətta heç bir zaman kəndini tərk etməyən yengiloylar (televiziyada da izləməyən) əsl gürcü dilini anlamır, eynən də gürcülər yengiloyları anlamırlar. Bu da onu sübut edir ki, ikicə əsr ərzində dil bu qədər dəyişilə bilməz. Tutaq ki, lap gürcü dili inkişaf etdi, yengiloy dili isə arxaikləşdi, məkan yaxınlığı buna imkan verə bilməzdi. Qaxla Gürcüstanı bircə çay (Qanıx) ayırır. Bu da onu sübut edir ki, yengiloyların gürcü dilinə bənzər dili əslidə gürcülərin təsiri ilə Qafqaz Albaninyasının tayfalarından biri olan Gellərin dili əsasında yaranıb və əslidə yengiloylar gürcü əsilli gəlmələr deyil Qafqaz Albaniyasının yerli gel tayfalarının nəsilləridirlər. Yengiloyları gürcüləşdirərək vaxtilə Çar Rusiyası Şəki-Zaqatala ərazisini Gürcü torpaqlarına qatmaq, ən üsyankar bölgəni xristianlaşdıraraq, asanlıqla özünə tabe etmək arzusunda idi. İndiyə qədər də Şəki-Zaqatala ərazisi Gürcü mənbələrində tarixi Gürcü torpağı kimi təqdim edilir, hətta gürcüstanın məktəblərində tədris edilən tarix kitablarında Kartli-Kaxetiyanın tərkibində tarixi gürcü ərazisi kimi öz gələcək nəsillərinə tədris olunur.
Kürmük kəndində yerləşən bu alban kilsəsi isə daha dəhşətli vandalizmə məruz qalıb. Kilsənin Alban tarixinə aid olmasına baxmayaraq restavrasiyadan sonra kilsənin üzərinə Alban mədəniyyətinə heç bir aidiyyatı olmayan metaldan düzəldilmiş xaç qoyulmuşdur. Kilsənin çardağı təmir edildikdən sonra bu dəyişiklik birbaşa olaraq tarixin saxtalaşdırlmasına xidmət edir. Kilsənin divarında təsvir edilən xaçla, tavanda yerləşdirilən xaç tamamilə fərqlidir. Metal xaçın kənarlarında gürcü bayrağının künclərində olduğu kimi daha üç xaç simvolu var. Bundan əlavə isə kilsəyə gedən yol üzərində yerləşdiriən izahlı stend üzərində I-III əsrə aid Alban məbədinin qalıqları, bərpa edildikdən sonra isə üzırində yerləşdirilən inventar üzərində isə XVIII-XIX əsrlər yerli əhəmiyyətli tarixi abidə yazılmışdır. Kürmük kilsəsinin Alban tarixinə aid olması tamamən yaddan çıxmışdır, yoxsa qəsdən yazılmamışdır demək – hansı doğrudur? Təbii ki, bərpadan öncə yazılan yazı, sadəcə stenddir və istəinlən zaman ordan götürülə də bilər.
Kürmük kilsəsi ümumiyyətlə Alban tarixinin incisidir. Kilsənin unikallığı ondadır ki, yalnız bu kilsədə Alban bayramlarından olan məhsuldarlıq bayramı (kilsədə olduğum zaman qarovulçunun dediyinə görə Xvarna bayramı) hələ də yerli yengiloylar tərəfindən qeyd edilir. Bayram – ildə iki dəfə məhsul səpimi və məhsul yığımı (noyabr və may aylarının əvvəli) dövrünə təsadüf edir. Bayram zamanı nəinki xristian yengiloylar, eyni zamanda müsəlman yengiloylar da kilsəni ziyarət edir və adətlərində saxladıqları kimi xoruz kəsir, şam yandırır və s. bütün bunlar sübut edir ki, yengiloylar Alban əsillidir və Alban kilsəsində tarixi bayramlarını qeyd edirlər.
Yerli əhalinin xristian dininə sitayiş etməməsi öz tarixindən uzaqlaşması və qədim tarixə malik kilsələrimizin özgələşdirilərək tariximizin oğurlanmasına səbəb olmuşdur.
Bütün bu hadisələr vaxtilə Qarabağ ərazisində Alban məbədlərinin yerli əhali (sonradan islamı qəbul etmiş, lakin vaxtilə xristian olduqlarından bixəbər) tərəfindən məhv edilməsi ssenarisinin davamı kimi görünür. Necə ki, Dədəvan, Xudavəng (erməniləşdirilərək Didivan, Xotavank) və s. Alban tarixinə məxsus tarixi abidələr həmin yerli əhalinin yersiz qəzəbinə tuş gələrək, məhv edilirdisə, indi də Böyük Qafqazda, xüsusən Qaxda yerləşən Alban tarixi təhlükə altındadır.

Sadıqlı Nigar

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com