Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Qazaxıstan aviaşirkəti Bakıya biletlərin qiymətini bahalaşdırdı

Qazaxıstanın “SCAT” aviaşirkəti Bakı da daxil olmaqla bütün beynəlxalq istiqamətlər üzrə biletlərin qiymətini 20 faiz bahalaşdırıb.

Trend xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunan məlumatda deyilir.

Məlumatda bildirilib ki, tariflərin məcburi artımı milli valyutanın sərbəst kursuna keçməsi ilə əlaqədardır: “Tariflərin bahalaşması barədə qərar aviasiya sahəsinin xüsusiyyəti ilə əlaqədardır. Çünki şirkət reyslərin təmin olunması, təyyarələrin texniki baxışdan keçirilməsi və işçilərin təlimi ilə bağlı əksər xərcləri ABŞ dolları ödəyir. Biletlərin bahalaşdırılması şirkətin gəlirlərinin artırılmasına yönəlməyib. Belə ki, dolların tengəyə qarşı qeyri-sabit kursu ilə bağlı şirkət bütün xərcləri ödəyə bilmir. Qiymətin artırılması yalnız beynəlxalq reyslərin təmin olunması ilə bağlı xərclərin bir qismini ödəyə bilir”.

Qeyd edək ki, aviaşirkət Aktau-Bakı birbaşa reysləri həyata keçirir.

Bundan başqa, “Air Astana” aviaşirkəti də beynəlxalq aviadaşımalara görə qiymətlərin 25 faiz bahalaşdığını elan etmişdi.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]