Sorğu

Loading ... Loading ...

Təqvim

August 2020
M T W T F S S
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Partnyorlarımız

“Qazprom ” və ARDNŞ qaz tədarükünün artırılmasına dair sənəd imzalayıblar


Rusiyanın “Qazprom” şirkəti ilə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2012-ci ildə Azərbaycan qazının alışının 2 dəfə, yəni 3 milyard kubmetrədək artırılmasına dair əlavə saziş imzalayıblar.
Sənəd Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedevin iştirakı ilə və Soçidə yüksək səviyyədə keçirilən danışıqların yekunu üzrə imzalanıb.
Məlumata əsasən, sənədi şirkətlərin rəhbərləri Rövnəq Abdullayev və Aleksey Miller imzalayıblar.
“Biz ardıcıl ikinci ildir ki, Azərbaycan qazının alışını ikiqat artırırıq. Rusiya-Azərbaycan enerji tərəfdaşlığı yaxşı templə inkişaf edir ki, bu da qarşılıqlı səylərimizi və gələcəkdə də karbohidrogenlərin tədarük həcminin artırılmasını təsdiq edir. Qaz alışı həcminin yuxarı plankasının yoxluğu, ərazi yaxınlığı, yaxşı təşkil edilmiş qaz nəqliyyat infrastrukturunun mövcudluğu, tranzit zonalarının olmaması Azərbaycana imkan verir ki, iqtisadi baxımdan daha sərfəli olaraq təbii qazı Rusiyaya ixrac etsin”, – imzalanma zamanı Miller deyib.
ARDNŞ və “Qazprom” arasında Azərbaycan qazının alqı-satqısı üzrə müqavilə (müqavilə müddətini uzatmaq imkanı ilə) 2009-cu il oktyabrın 14-də Bakıda imzalanıb. Bu ilin sentyabrında Bakıda imzalanan müqavilənin əlavəsinə uyğun olaraq, 2011-ci ildə “Qazprom” iki milyard kubmetr, 2012-ci ildə isə iki milyard kubmetrdən çox qaz almalı idi. Lakin ötən ilin yekunları üzrə Rusiya tərəfi planlaşdırılan qaz həcmini ala bilməyib.
Rusiyaya Azərbaycan qazının tədarükünə 2010-cu il yanvarın 1-dən başlanıb.

Milli.Az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]