Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

“Qazprombank ” Azərbaycanda SOCAR-ın iki zavodunun inşasını maliyyələşdirəcək

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Rusiyanın “Qazprombank” ASC Azərbaycanda “SOCAR Polymer” yüksək sıxlıqlı polipropilen və polietilen istehsalı üzrə zavodların tikintisinin maliyyələşdirilməsi barədə saziş imzalayıblar.

Bu barədə Trend “Qazprombank”un saytına istinadən məlumat verir.

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində sənədləri SOCAR-ın prezidenti Rövnəq Abdullayev və ASC-nin İdarə heyətinin sədri Andrey Akimov imzalayıblar.

“Qazprombank”ın investisiya komitəsi “SOCAR Polymer” üçün 489 milyon dollar həcmində kreditin ayrılmasını bəyənib. Kreditin ödəniş müddəti 10 ildir.

A.Akimov deyib: “Biz SOCAR ilə uzunmüddətli strateji tərəfdaşlığa istiqamətlənmişik və “SOCAR Polymer” layihəsinin maliyyələşdirilməsini əməkdaşlığın yeni mərhələsi kimi nəzərdən keçiririk”.

O, ümid etdiyini bildirib ki, maliyyə sövdələşməsi banka SOCAR-ın reallaşdırdığı digər iri investisiya layihələrinin maliyyələşdirilməsində iştirak etməyə imkan verəcək.

Əməkdaşlığa “Qazprombank” qrupuna daxil olan “Birləşmiş Maşınqayırma Zavodları” holdinqini cəlb etmək də planlaşdırılır.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]