Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

QHT valideyn, psixoloq və məktəbli əməkdaşlığını gücləndirir


Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra edilən “Valideyn-psixoloq-məktəbli əməkdaşlığının tədris prosesinin səmərəliyinin artırılmasına təsiri” layihəsinə yekun vurdu. Layihədə qarşıya qoyulan əsas məqsəd tədris prosesinin səmərəliliyinin artırılması, məktəblilərin təhsildən yayınma hallarının qarşısının alınmasıdır. Bu məqsədlə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə Bakı şəhərində yerləşən orta məktəblərdə təhsil alan 350 gənclə, eləcə də məktəb psixoloqları ilə iş aparıldı. Layihə çərçivəsində 10 orta məktəbdə psixoloji seminarlar təşkil edildi. Seminarlarda “psixologiya elmi nəyi öyrənir və psixi proseslər haqqında anlayış”, “mən dünyanı necə dərk edirəm, hisslər və onların əhəmiyyəti, ünsiyyət zamanı mimika və pantomimika, ünsiyyət və ona olan ehtiyac, ünsiyyət və münaqişə”, “mən kimdir? Fərdi və şəxsiyyət, temperament və xarakter”, “qabilliyyətlərim, şəxsiyyət, fərd, fərdi xüsusiyyətlər nədir?”, “uşaq və yeniyetmələrin əsas psixoloji problemləri, özünüaktuallaşdırma, stress, depressiya, aqressiya, psixoloji tənhalıq” və sair bu kimi mühüm mövzular müzakirə edildi. Bu seminarlar vasitəsilə həm gənclərin psixoloji reabilitasiyası işi aparıldı, həm onlarda məktəb psixoloqlarına güvən hissi yaradıldı, eyni zamanda da məktəb psixoloqlarının işinin əhəmiyyəti aktuallaşdırıldı, valideynlərlə məktəb psixoloqlarının əməkdaşlığının təməli qoyuldu.
Layihə çərçivəsində “facebook” sosial şəbəkəsində “Qızıl üçbucaq” qrupu da yaradılmışdır. Bu qrup valideyn, məktəbli və psixoloq əməkdaşlığı üçün mühüm sosial platformadır.

20.07.2016

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]