Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Qubernator: Ukraynanın Sumı vilayəti Azərbaycanla regional əməkdaşlığa xüsusi maraq göstərir

Qubernator: Ukraynanın Sumı vilayəti Azərbaycanla regional əməkdaşlığa xüsusi maraq göstərirUkraynanın ən böyük aqrar-sənaye bölgələrindən olan Sumı vilayəti Azərbaycanla regional iqtisadi, mədəni, elmi-texniki əməkdaşlığa xüsusi maraq göstərir. Trend-in məlumatına görə, bunu Sumı Vilayətinin Qubernatoru Nikolay Kloçko deyib.

Sumı Vilayətinin Qubernatoru N.Klochkonun təşəbbüsü və Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun dəstəyilə bu ilin sentyabr ayında Ukraynanın Dnepropetrovsk, Zaporojye, Sumı, Çerniqov, Xarkov və Poltava vilayətlərində fəaliyyət göstərən böyük zavod, fabrik, sənaye müəssisələri və fermer təsərrüfatları rəhbərlərinin Azərbaycana işgüzar səfər planlaşdırılır. Səfər adı çəkilən vilayətlərin dövlət admnistrasiya rəhbərlərinin və iş adamlarının müraciətinə əsasən, Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğu tərəfindən təşkil olunur.

Səfərə hazırlıqla bağlı Sumı Vilayətinin dövlət admnistrasiyasının binasında Sumı vilayətində fəaliyyət göstərən böyük sənaye müəssisələri rəhbərləri ilə görüş keçirilib. Görüş zamanı səfərin proqramı və Bakıya gələcək nümayəndə heyətinin tərkibi müzakirə olunub. Görüşdə Sumı vilayətinin qubernatoru N.Kloçko, Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov, Ukrayna Parlamentinin deputatı Oleq Medunitsa, Sumu vilayətində fəaliyyət göstərən böyük fabrik, zavod və sənaye müəssisələrinin rəhbərləri iştirak edib.

Görüşdə Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Ə.Salmanov çıxış edərək müstəqillik əldə etdikdən sonra Azərbaycanla Ukrayna arasında bir çox sahələrlə yanaşı iqtisadi əməkdaşlığın inkişaf dinamikasından söz açıb. Azərbaycan Prezideni İlham Əliyevinin rəhbərliyi ilə Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi islahatlar, bölgədə həyata keçirilən qlobal iqtisadi layihələr haqqında ətraflı məlumat verən fəxri konsul Azərbaycan və Ukraynanın bir sıra vilayətlərində fəaliyyət göstərən fabrik, zavod və sənaye müəssisələri, o cümlədən, aqrar və turizm sektorları arasında səmərəli əlaqələrin qurulması üçün əlverişli investisiya mühitinin olduğunu diqqətə çatdırıb.

Fəxri konsul bu istiqamətdə Ukraynanın iri sənaye müəssisələri rəhbərlərinin Azərbaycanla işbirliyinin qurulması üçün təşəbbüslərini alqışladığını bildirib. Ə.Salmanov Ukraynanın bir sıra vilayət rəhbərlərinin təşəbbüsü ilə bu ilin sentyabr ayında Azərbaycana planlaşdırılan işgüzar səfərin səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib.

Bu ilin iyun ayında Azərbaycana işgüzar səfər etdiyini bildirən Sumı Vilayətinin qubernatoru N.Kloçko səfər çərçivəsində keçirilən səmərəli görüşlər haqqında məlumat verib. Ukraynanın ən böyük aqrar-sənaye bölgələrindən olan Sumı vilayətinin Azərbaycanla regional iqtisadi, mədəni, elmi-texniki əməkdaşlığa xüsusi maraq göstərdiyini bildirən qubernator bu ilin sentyabr ayında Azərbaycana hazırlanan geniş tərkibli işgüzar səfərin səmərəli nəticələr verəcəyinə əmin olduğunu bildirib.

Qubernator Azərbaycanın böyük iqtisadi inkişaf yolu keçdiyini qeyd edərək ölkələrimiz arasında qarşılıqlı münasibətlərin yeni üfüqlər əsasında inkişaf etdirilməsinin vacıbliyini vurğulayıb.

Toplantıda çıxış edən Ukrayna parlamentinin deputatı Oleq Medunitsa Azərbaycanın inkişaf edərək bölgədə lider, beynəlxalq arenada isə böyük nüfuz sahibinə çevrilməsindən bəhs edib. O, bu mənada beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınan Azərbaycanla Ukrayna dostluğunun daha da inkişaf etdirilməsinə hərtərəfli təkan verilməsinin vacibliyini vurğulayıb. Deputat bu istiqamətdə Azərbaycanın Xarkovdakı fəxri Konsulluğunun həyata keçirdiyi tədbirləri alqışladığını də deyib.

Tədbirdə “Ukrrosmetal” konserninin, ”Sumı Nasosenerqomaş” zavodunun, ”Sumı Kimya sənaye zavodu”nun və bir sıra iri sənaye müəssisələrinin rəhbərləri çıxış edərək Azərbaycanın aidiyyatı qurumları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasına xüsusi maraq göstərdiklərini və bunun iki dost ölkənin iqtisadi münasibətlərinin inkişafına təkan verəcəyinə əminliklərini bildiriblər.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]