Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Qurban bayramında sərnişinlərin regionlara daşınması üçün əlavə olaraq 200-dən çox avtobus xəttə buraxılacaq


Qurban bayramı ilə əlaqədar sentyabr ayının 22-dən 27-ə kimi Bakı Beynəlxalq Avtovağzalında gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Bunu “APA-Economics”ə Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev bildirib.

M. Abdullayev vurğulayıb ki, bayram günlərində sərnişinlərin daşınması üçün 200-dən artıq nəqliyyat vasitəsi əlavə olaraq xəttə buraxılacaq: “Ehtiyat maşınlar artıq hazırdır. Lazımi sayda sərnişinin daşınması üçün 200-dən yuxarı nəqliyyat vasitəsi əlavə olaraq xəttə ayrılacaq.

Kompleksin nümayəndəsi bayram günlərində biletlərin qiymətinin qanunsuz şəkildə artırılmasına qarşı mübarizə aparılacaq: “Bayram günlərində neqativ halların qarşısının alınması üçün 8 nəfərdən ibarət müvafiq komissiyamız fəaliyyət göstərir. Həmin komissiyanın üzvləri biletlərin qiymətlərinə nəzarət edəcək. Biletlər yalnız kassalar vasitəsilə satılacaq. Hər hansı bir marşrutda sərnişin sıxlığı yarandıqda, bilet olmadıqda, məsələ yerindəcə həllini tapacaq, sərnişin yola salınacaq”.

Onun sözlərinə görə, bayram günlərində 600-dən çox nəqliyyat vasitəsi ilə 15 mindən çox sərnişinin daşınması gözlənilir.

Apa.az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]