Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

“Qurtuluş ” qurğusu yeni PSA müqaviləsi üzrə işə salına bilər

“Qurtuluş” özüqalxan qazma qurğusu Xəzərin Azərbaycan sektorunda, Abşeron yarımadasının ətrafında dənizin dayazsulu hissəsindəki potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Böyük Britaniyanın BP şirkəti arasında bağlanmış PSA müqaviləsi üzrə işlər çərçivəsində işə salına bilər. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

O, qeyd edib ki, “Qurtuluş” qurğusu dənizin 10-105 metr dərinliyində qazma işləri aparmaq üçün nəzərdə tutulub və dayazsulu sahələrdəki işlər çərçivəsində də istifadə edilə bilər.

Mənbə əlavə edib ki, PSA tipli müqavilədə belə qurğunun işə salınması ehtimalı ilə bağlı bənd varsa, BP “Qurtuluş”un istifadəsi ilə bağlı razılığa gələ bilər və belə olduğu təqdirdə, o, Azərbaycana nəql ediləcək.

O, həmçinin məlumat verib ki, hazırda “Qurtuluş” Xəzər dənizinin Türkmənistan sektorunda icarədədir və orada qazma işləri həyata keçirir.

PSA tipli müqavilə 2014-cü ilin dekabrında imzalanıb və üç mərhələdən ibarət olacaq: ilkin kəşfiyyat, əsas kəşfiyyat, hasilat.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]