Sorğu

Loading ... Loading ...

Təqvim

Ноябрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Rabitə Nazirliyi Avropa Oyunları ilə əlaqədar qərargah yaradacaq

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi I Avropa Oyunları ilə əlaqədar qərargah yaradacaq. Bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, nazirlik yanında qərargah iyunun 2-dən Oyunların başa çatmasınadək sutkalıq rejimdə işləyəcək, göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyətinə nəzarət edəcək.

Ə.Abbasov qeyd edib ki, operativ həll olunmasını tələb edən müəyyən problemlər yarada biləcək əsas məqamlar mövcuddur.

Nazir nümunə qismində ölkənin efir məkanına mümkün müdaxilədən qorunmanı, informasiya təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsini, radiotezliklərin müdafiəsini, mobil rabitə və məlumatların ötürülməsi xidmətinin keyfiyyəti məsələlərini sadalayıb.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]