Sorğu

Loading ... Loading ...

Təqvim

August 2020
M T W T F S S
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Partnyorlarımız

İrana qarşı sanksiyalar Şimal-Cənub dəmir yolu layihəsinə təsir edəcəkmi?

İrana qarşı sanksiyalar Şimal-Cənub dəmir yolu layihəsinə təsir edəcəkmi?
Aİ-nin İrana qarşı tətbiq etdiyi sanksiyalar �Rusiya Dəmir Yolları� ASC-nin bu ölkədə reallaşdırdığı layihəyə heç bir təsir göstərmir. Bu barədə jurnalistlərə şirkətin prezidenti Vladimir Yakunin bildirib.
Bazar ertəsi Aİ-nin 27 ölkəsinin XİN başçıları Brüsseldəki görüş zamanı İrandan neft idxalına embarqonun tətbiqini təsdiqləyiblər. Aİ ölkələrinin İrandan neft və neft məhsulları ixracına qadağanı nəzərdə tutan yeni sanksiyalar paketi çərçivəsində iyulun 1-dək Aİ-nin bütün üzvləri İrandan neft idxalını tam dayandırmalıdırlar.
RDY Rəşt (İran) – Astara (Azərbaycan) dəmir yolu xəttinin tikintisi layihəsində iştirak edir. Layihə �Azərbaycan Dəmir Yolları� QSC və �İran Dəmir Yolları� ilə birgə həyata keçirilir.
�Biz İrandan neft almırıq və sanksiyaları, onların tətbiq olunub-olunmamasını müzakirə etmək mənim səlahiyyətimdə deyil. Bunun üçün siyasi səviyyə var. Əməkdaşlığın inkişafına gəldikdə isə mən daima sanksiyaların siyasi və mədəniyyətlərarası problemləri həll etməyə qadir olmaması fikrini dəstəkləmişəm və dəstəkləyirəm�, – o deyib.
Yakunin onu da əlavə edib ki, onun şəxsi fikrinə görə, problemləri əməkdaşlıq yolu ilə həll etmək mümkündür.
Qəzvin-Rəşt-Astara dəmir yolunun tikintisi layihəsi �Şimal-Cənub� beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üçün böyük əhəmiyyətə malikdir. Dəhlizin əmtəə bazarı 2015-ci ilədək 25-26 milyon ton həcmində qiymətləndirilir. Dəhlizin əsas hissəsi Rusiyanın dəmir yollarından keçir. Marşrutdan asılı olaraq dəhlizin quru hissəsinin 33-35 faizi RDY-nin payına düşür. Hazırda dəhlizin inkişafının ləngidən amil Hindistanın, İranın, Rusiyanın limanlarında yükləmə-boşaltma işlərinin istehsalının zəruriliyi və onların yüksək qiyməti ilə əlaqədardır. Xəzər dənizinin qərb sahilləri ilə birbaşa dəmir yol xəttinin yaradılması regionda daşınma bazarının artımına əsaslı təsir edə və bu ölkələrin Avropa dövlətləri ilə xarici iqtisadi əlaqələrinin genişlənməsi üçün yaxşı stimul ola bilər.

Milli.Az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]