Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Regionlarda banklar kreditləri əsasən milli valyutada verir

2015-ci ilin I yarımilində Azərbaycanın regionlarında əhaliyə verilən kreditlər 3,31 milyard manat təşkil edib. Bu da bankların kredit portfelinin ümumi həcminin 16,3 faizi deməkdir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) saytında dərc olunan bu ilin yanvar-iyun aylarının yekunlarına həsr edilmiş hesabatında deyilir.

Ölkənin regionlarında əhaliyə verilən kreditlərin üçdə biri (22,2 faiz və ya 933,76 milyon manat) xarici valyutanın payına düşür. Ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycanın regionlarında xarici valyutada verilən kreditlərin payı dəyişməz olaraq qalıb.

AMB-nin məlumatına əsasən, Bakıda 16978,4 milyon manat kredit verilib. Bununla yanaşı, milli valyutada verilən kreditlər 9142,7 milyon manat (53,85 faiz) təşkil edib.

Bankların verdiyi kreditlərin ümumi həcmi Abşeron iqtisadi rayonunda 640,9 milyon manat (19,4 faiz), Aran – 835,2 milyon manat (23 faiz), Dağlıq Şirvan – 116 milyon manat (23,3 faiz), Gəncə-Qazax – 744,85 milyon manat (19,7 faiz), Quba-Xaçmaz – 263,1 milyon manat (20,8 faiz), Lənkəran – 293,4 milyon manat (24,1 faiz), Şəki-Zaqatala – 217,85 milyon manat (22 faiz), Yuxarı Qarabağ – 63,8 milyon manat (19,6 faiz), Kəlbəcər-Laçın – 9,4 milyon manat (19,9 faiz), Naxçıvanda 125,37 milyon manat (14,5 faiz) təşkil edib.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]