Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Regionun ən böyük DATA-mərkəzinin istismara verilmə müddəti açıqlanıb

Regionun ən böyük Trier3 səviyyəli DATA-mərkəzi yaxın iki ay ərzində Azərbaycanda istismara veriləcək. Bu barədə Trend-ə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki mənbə xəbər verib.

DATA-mərkəzin istismara verilməsi bulud servislərin populyarlaşmasına və bulud texnologiyalara keçid prosesini sürətləndirməyə imkan yaradacaq. DATA-mərkəz regionda fəaliyyət göstərən, məlumat emal edən bu cür mərkəzlərdən birincisi olacaq. Mərkəz həmçinin regionun digər ölkələri və “Google”, “Facebook” kimi böyük şirkətlərə xidmət göstərəcək.

Layihə BMT-nin İnkişaf Proqramının dəstəyi ilə reallaşdırılır. Məlumat emalı mərkəzi ümumi sahəsi min kvadrat metr olan sahədə yaradılıb. İlkin mərhələdə server şkafların sayı 200 ədəd, massivin həcmi 30 petabayt, verilənlərin ötürülmə sürəti saniyədə 10-100 qiqabit təşkil edəcək. Tələbatdan asılı olaraq, DATA-mərkəzin gücü artırılacaq.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]