Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Rusiya agentliyi üçüncü ölkələrdəki beynəlxalq layihələrdə Azərbaycanın risklərinə zəmanət verməyə hazırdır

“Rusiyanın ixrac kreditləri və investisiyalarının sığortalanması üzrə Agentliyi” ASC Azərbaycanda Rusiya biznesinə dəstəyi genişləndirmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu Bakıda ASC-nin beynəlxalq əməkdaşlıq üzrə icraçı direktoru Dmitri Kunakov deyib.

Onun sözlərinə görə, agentlik kənd təsərrüfatı sahəsində ümumi dəyəri 16 milyon dollar olan 3 layihəni artıq dəstəkləyib və Azərbaycanın aqrar sektorunun inkişafını gələcəkdə də dəstəkləmək niyyətindədir.

D.Kunakov bildirib ki, agentliyin Azərbaycan üzrə ümumi portfeli 700 milyon dollardır: “Müqavilələrin dəyəri müxtəlifdir – 1 milyondan 170 milyon dollaradək. Portfel kifayət qədər şaxələndirilib – kommunal-yol texnikası, avtomobil istehsalı, elektronika, qida məhsulları”.

O, əlavə edib ki, ASC azərbaycanlı tərəfdaşlarla birlikdə üçüncü ölkələrdə iri beynəlxalq layihələrdə iştirak edən Rusiya ixracatçılarını, eləcə də MDB ölkələrinə mallarını ixrac edən Rusiyadakı Azərbaycan müəssisələrinin törəmə şirkətlərini dəstəkləməyə hazırdır: “Biz Azərbaycanda Rusiya ixracının mövqeyinin gücləndirilməsi üzrə rusiyalı ixracatçılarla birgə işləməyə hazırıq”.

İcraçı direktor ASC-nin zəmanətlərindən istifadə edən tərəfdaşlarla işləyən azərbaycanlı şirkətlərin üstünlüyünü vurğulayıb: “Bu, ilk növbədə, müqavilə üzrə ödəniş şərtlərinin yaxşılaşdırılması və risklərin azaldılmasıdır”.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]