Sorğu

Loading ... Loading ...

Təqvim

July 2018
M T W T F S S
« May    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Partnyorlarımız

Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığı daha da dərinləşdirilməlidir

Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığı daha da dərinləşdirilməlidir Fevralın 13-də Moskva şəhərində Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitunda “Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığı” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masanın işində institutun “Postsovet Respublikalarının Tədqiqatı” şöbəsinin əməkdaşları ilə yanaşı Azərbaycanda Regional İnkişaf Mərkəzinin sədri Çingiz İsmayılov və İqtisad elmləri doktoru Vurğun Süleymanov iştirak etmişdir. Dəyirmi masanın işini giriş sözü ilə şöbə müdürü, İqtisad elmləri doktoru Lionid Vardanski açdı. Öz çıxışında o , Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin əhəmiyyəti və inkişaf istiqamətləri haqqında danışdı. Sonra söz prof. Ç. İsmayılova verildi. Ç. İsmayılov məruzəsində əsas diqqəti Azərbaycan və Rusiyanın iqtisadi əməkdaşlığında yanaşmaların üst-üstə düşən məqamları ilə yanaşı, hələ də müzakirələr yaradan problemlərə xüsusi önəm verdi.Məruzədə qeyd olundu ki, Azərbaycan Rusiya ilə hər bir sahədə ikitərəfli iqtisadi əməkdaşlıq etməyə maraqlıdır. Lakin MDB məkanında yaradılan hər hansı bir iqtisadi əməkdaşlıq birliyində (Gömrük Birliyi, Avro-Asiya birliyi, Vahid İqtisadi Məkan və s.) iştirak etmək məsələsində ilk öncə özünün milli mənafeyi çərçivəsində yanaşır. Belə ki,MDB məkanında yaradılan Gömrük Birliyinə daxil olma məsələsi hələ ki, onun milli maraqlarına cavab vermir. Prof. Ç. İsmayılov ölkəmizin belə mövqeyini elmi baxımdan əsaslandıraraq dəyirmi masa iştirakşılarına çatdırmağa nail oldu.
İqtisad elmləri doktoru V.Süleymanov” Azərbaycanın aqrar sektorunun Rusiya bazarı üçün əhəmiyyəti” mövzusunda çıxış etdi. Məruzədə təqdim etdiyi statistik məlumatlar əsasında Azərbaycandan Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsullarının artması haqqında və həmçinin bu sahədə mütəmadi yaranan problemlər haqqında danışdı. Dəyirmi masada həmçinin İ.E.D. Bıkov iqtisad elmləri namizədi Pılin və və digər alimlər maraqlı məruzələrlə çıxış etdi.

Prof. Ç. İsmayılov

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com