Sorğu

Loading ... Loading ...

Təqvim

Ноябрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Rusiya-Azərbaycan sərhədindəki yeni körpü sutkada 37 min avtomobili buraxmağa imkan verəcək

Rusiya-Azərbaycan sərhədindəki Samur çayı üzərindən keçən körpünün buraxılış qabiliyyəti hər iki tərəfdə sutkada 37 min avtomobilə çatacaq. Bu barədə Trend Rusiya Nəqliyyat Nazirliyinin Federal Yol Agentliyinə istinadən məlumat verir.

Məlumata görə, Rusiya-Azərbaycan sərhədindəki Samur çayı üzərindən keçən körpünün inşası layihəsinin reallaşdırılması məsələləri üzrə birgə işçi qrupunun iclası keçirilib: “Yeni körpü sərhəd və gömrük baxışı zonasına aid olmayacağına görə körpünün giriş və çıxışında nəqliyyat tıxacının yaranması riski heçə endirilib”.

Layihəni “İnstitut “Doraeroproyekt” QSC hazırlayır. Məlumatda bildirilir ki, körpünün tikinti xərclərini Azərbaycan öz üzərinə götürüb: “Rusiya isə gələcəkdə işlərin yerinə yetirilməsinə çəkilən xərclərin 50 faizini kompensasiya edəcək”.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]