Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Rusiya blogerləri Azərbaycan milli mətbəxi ilə tanış olublar

Azərbaycan Turizm Bürosu tərəfindən Moskva şəhərində Rusiyanın nüfuzlu blogerləri üçün piknik təşkil edilib.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, sosial şəbəkələrdə böyük izləyici kütləsi olan 10-a yaxın blogerin iştirak etdiyi piknikin keçirilməsində məqsəd Azərbaycanın milli mətbəx nümunələrinin təbliği və daha geniş kütləyə tanıtıdırılmasıdır.

Piknik zamanı azərbaycanlı aşpaz Orxan Muxtarov blogerlərə Azərbaycanın zəngin milli mətbəxi, onun komponentləri və hazırlanma qaydaları, o cümlədən ölkənin qastronomik turizm sahəsindəki mövcud potensialı barədə ətraflı məlumat verib.

Sonda ölkənin çayiçmə mədəniyyəti, o cümlədən şərabçılıq ənənələri ilə tanış olan blogerlərə xüsusi hədiyyələr verilib.

Qeyd edək ki, təbliğat xarakterli piknik Moskvada baş tutan “Taste of Moscow” sərgisinə dəstək məqsədilə keçirilib.

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]