Sorğu

Loading ... Loading ...

Təqvim

Декабрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

“Rusiya böyük idman tədbirlərinin auditini aparmaq təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır “

"Rusiya böyük idman tədbirlərinin auditini aparmaq təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır"Rusiya Bakıda Avropa Oyunlarının başa çatmasını nəzərə alaraq, irimiqyaslı idman tədbirlərinin auditini aparmaq təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.

Trend-in məlumatına görə, bunu Rusiya Hesablama Palatasının sədri Tatyana Qolikova Moskvada azərbaycanlı həmkarı Vüqar Gülməmmədovla görüşdə deyib.

Görüşdə ölkələr arasında dövlətlərarası əlaqələrin yüksəlişdə olduğu qeyd edilib. Bununla belə, tərəflər müasir reallıqları nəzərə almaqla qurumlarası əlaqələrin aktivləşməsi və genişləndirilməsinin zəruriliyini vurğulayıblar.

Tərəflər gələcək əməkdaşlığın mümkün istiqamətlərini müzakirə edib, görüşün nəticələri üzrə əməkdaşlıq haqqında yenilənmiş saziş imzalayıblar. Sənəddə iki ölkənin maliyyə nəzarəti üzrə ali orqanlarının gələcək qarşılıqlı fəaliyyətinin əsas forma və istiqamətləri müəyyən edilib.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]