Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

“Rusiya Dəmir Yolları “nın sədri: “Şimal-Cənub ” layihəsinə digər dövlətlər qoşula bilər

İştirakçıları Rusiya, Azərbaycan və İran olan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinə digər dövlətlər də qoşula bilər.

Bunu Trend-ə “Rusiya Dəmir Yolları” ASC-nin sədri Vladimir Yakunin deyib.

Onun sözlərinə əsasən, Rəşt-Astara (İran) dəmir yolunun tikinti layihəsi hələ layihələndirmə mərhələsindədir: “Bunu nəzərə alsaq, layihəyə digər dövlətlərin qoşulması nəzəri cəhətdən mümkündür. Məsələn, layihənin reallaşdırılmasında Hindistan və ya Oman kimi ölkələrin iştirakını nəzərdən keçirmək olar. Onlar “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin üzvləridir və bu dəhliz vasitəsilə yüklərin çatdırılmasında müxtəlif marşrutların inkişafında maraqlıdırlar”.

V.Yakunin qeyd edib ki, hazırda layihədə iştirak məqsədilə digər dövlətlərdən ASC-nin ünvanına müraciət daxil olmayıb.

Qeyd edək ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması layihəsinin məqsədi Azərbaycan, Rusiya və İranın nəqliyyat magistrallarının inteqrasiyasıdır.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]