Sorğu

Loading ... Loading ...

Təqvim

July 2018
M T W T F S S
« May    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Partnyorlarımız

“Rusiya Xalqlar Dostluğu” Universitetində “İnvestisiya Mühiti” mövzusunda dəyirmi masa

“Rusiya Xalqlar Dostluğu” Universitetində “İnvestisiya Mühiti” mövzusunda dəyirmi masa Fevralın 12-də Moskva şəhərində Rusiya Xalqlar Dostluğu Universitetində “İnvestisiya mühiti və İqtisadi əməkdaşlıq” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masada Prof. Çingiz İsmayılov və İqtisad Elmləri Doktoru Vurğun Süleymanov iştirak etmişdir. Prof. Ç. İsmayılov öz məruzəsində Azərbaycanda yaranmış investisiya mühiti və qeyri-neft sektorunun inkişaf xüsusiyyətləri haqqında danışdı. İ.E.D. V. Süleymanov məruzəsini “Azərbaycanda Aqrar Sektorun əsas inkişaf istiqamətləri” məsələsinə həsr etmişdir. Məruzələr çox böyük diqqət doğurmuş, dəyirmi masa iştirakçıları universitetin “İqtisadiyyat” fakultəsinin professor və müəllimləri tərəfindən diqqətlə dinlənilmişdir. Məruzələrin sonunda iştirakçılar tərəfindən çoxsaylı suallar olmuş, bu məsələlərə dair birgə müzakirələr keçirilmişdir. Dəyirmi masanın sonunda qərara alınmışdır ki, belə diskussiya xarakterli dəyirmi masaların təşkili mütəmadi davam etdirilsin. Dəyirmi masanın nəticəsi olaraq, Prof. Ç. İsmayılova və İ.E.D. V. Süleymanova “İqtisadiyyat” fakultəsinin rəhbərliyi tərəfindən maraqlı çıxışlarına görə minnətdarlıq məktubları verilmişdir. Eyni zamanda Prof. Ç. İsmayılov “Lomonosov 300 il” döş nişanı ilə təltif olunmuşdur.

Prof. Çingiz İsmayılov

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com