Sorğu

Loading ... Loading ...

Təqvim

Ноябрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Səfir: ABŞ Azərbaycanla enerji təhlükəsizliyi sahəsində sıx əməkdaşlıq edir

Səfir: ABŞ Azərbaycanla enerji təhlükəsizliyi sahəsində sıx əməkdaşlıq edir“ABŞ Azərbaycanla enerji təhlükəsizliyi və iqtisadi inkişaf sahələrində sıx əməkdaşlıq edir. Bu əməkdaşlığın əsas məqsədi Azərbaycanın çiçəklənən ölkəyə çevrilməsidir”.

Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta XXII Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransının açılışına həsr edilmiş tədbirdə deyib.

Onun sözlərinə görə, ABŞ və Azərbaycan 20 ildən çoxdur əməkdaşlıq edir: “ABŞ əvvəllər Azərbaycana neft hasilatında kömək edirdi, hazırda isə qaz hasilatında yardım edir. Biz bu sahədə Azərbaycanla sıx əməkdaşlıq edirik”.

I Avropa Oyunlarını şərh edən səfir qeyd edib ki, hamı bu Oyunlar üçün infrastrukturun inşası və genişləndirilməsi üzrə işlərin aparılmasının şahidi oldu: “ABŞ idmanı müxtəlif xalqların yaxınlaşması vasitəsi kimi dəstəkləyir. Mən bütün idmançılara, o cümlədən azərbaycanlı idmançılara Avropa Oyunlarda uğurlar arzulayıram”.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]