Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Səhiyyə Nazirliyi apteklərdə dərman çatışmazlığı ilə bağlı məsələyə aydınlıq gətirib

Bakının bəzi apteklərində dərmanların olmaması onlara qiymət etiketlərinin yenilənməsi ilə əlaqədardır. Bunu Trend-ə açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.

Qurum rəsmisi qeyd edib ki, Tarif Şurasının qiymətləri tənzimləyən qərarından sonra artıq bəzi apteklərdə bu prosesə başlanılıb.

S.Əhmədova vətəndaşlara tövsiyə edib ki, apteklərdən lazım olan dərmanı eyni tərkibdə istəsinlər: “Apteklərdə dərmanların qiymət etiketləri hazırda tənzimlənir. Ona görə də indi vətəndaşlar apteklərdən başqa adda eyni tərkibli dərmanlar ala bilərlər. Apteklərdə dərman qıtlığı yaşana bilməz”.

Qeyd edək ki, Bakıda bir qrup şəhər sakini bəzi apteklərdə dərmanların çatışmadığını iddia edirlər. Belə ki, aptekə müraciət edəndə, satıcı onlara lazım olan dərmanın olmamasını bildirib.

XXX

Səhiyyə Nazirliyinin yaydığı məlumatda dərman qıtlığı ilə bağlı yayılan informasiyalara aydınlıq gətirib: “Son günlər Akineton, Fenazepam və Alflutop adlı dərmanların apteklərdə tapılmaması barədə məlumatlar yayılır. Səhiyyə Nazirliyi bununla əlaqədar bildirir ki, bu dərmanlar Tarif Şurası tərəfindən qiymətləri tənzimlənmiş, habelə növbəti mərhələdə qiymətlərinin tənzimlənməsi nəzərdə tutulmuş təsiredici maddəyə malik dərmanların siyahısına daxil deyildir. Akineton adlı dərman vasitəsi Azərbaycan Respublikasında istehsalçı şirkət tərəfindən dövlət qeydiyyatından keçməyib və ona görə də bu dərman vasitəsini istehlakçılara almamaq tövsiyə olunur. Amma müalicə həkiminin məsləhəti ilə bu preparatın alternativi kimi dövlət qeydiyyatına alınmış və Parkinson xəstəliyinin müalicəsində effektivliyi və təhlükəsizliyi təsdiqlənmiş Trihexyphenidyl, Carbidopa və Levadopa tərkibli dərman vasitələrindən istifadə etmək olar. Fenazepam preparatı psixotrop dərman vasitəsi olduğuna görə onun aptekdən satışı yalnız müalicə həkiminin təyinatı əsasında reseptlə aparılır. Alflutop preparatının tərkibində xırda dəniz balıqlarının bioaktiv konsentratı var və osteoartrozun, osteoxandrozun, spondilyozun müalicəsində köməkçi vasitə kimi istifadə edilir. Bu cür xəstəliklərin müalicəsi üçün dövlət qeydiyyatında olan bir sıra dərman vasitələri mövcuddur, onlardan Chondroitin sulfat, Glucosamine sulfat və Alendronic acid tərkibli dərman vasitələrini göstərmək olar. Bütün alternativ dərman vasitələri barədə ətraflı məlumat Analitik Ekspertiza Mərkəzinin www.pharma.az internet saytında verilib”.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]