Sorğu

Loading ... Loading ...

Təqvim

June 2018
M T W T F S S
« May    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Partnyorlarımız

Şabranın Hacıqaraqaşlı və Xırdaoymaq kəndlərində modul tipli məktəb binaları quraşdırılıb

Şabran rayonun Hacıqaraqaşlı və Xırdaoymaq kəndlərində modul tipli məktəb binaları quraşdırılıb. Hacıqaraqaşlı kəndində tikilən 56 şagird yerlik ümumi orta məktəb binasında dərslərə başlanılıb. Xırdaoymaq kəndində quraşdırılan modul tipli ibtidai məktəb binası isə yanvarın sonunadək şagird və müəllim kollektivinin istifadəsində olacaq. İbtidai məktəb 40 şagird yerlikdir.

Təhsil ocağı 5 sinif və müəllimlər otağından ibarətdir. Məktəb müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib.

Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddətdə istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun rahatlıqla azaldılıb-artırılmasıdır.

Ötən il bölgələrdə 100 modul tipli məktəb binası tikilib. 2018-ci ildə isə daha 137 belə məktəb binası şagirdlərin istifadəsinə veriləcək.

AZƏRTAC

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com