Sorğu

Loading ... Loading ...

Təqvim

Декабрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

“Şahdəniz-2 ” çərçivəsində növbəti quyunun qazılması iyulda başa çatacaq

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində SDG03 quyusunun qazılması üzrə işlər iyulda başa çatacaq.

Bu barədə Trend-ə Azərbaycanın neft-qaz bazarındakı mənbə məlumat verib.

Mənbə bildirib ki, “İstiqlal” qurğusundan aparılan qazma işləri iyulun ortalarında başa çatacaq: “Hazırda quyunun sonuncudan əvvəlki seksiyasında qazma işləri gedir. SDG03 quyusunda işlər başa çatdıqdan sonra “İstiqlal” üzən qazma qurğusu Bakı gəmiqayırma zavoduna təmirə göndəriləcək. Təmir işləri təqribən 9 ay davam edəcək”.

Hazırda “Şahdəniz” yatağında, həmçinin Heydər Əliyev adına üzən qazma qurğusu işləyir.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]