Sorğu

Loading ... Loading ...

Təqvim

December 2019
M T W T F S S
« Nov    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Partnyorlarımız

Şamaxıdakı kilsə Azərbaycanın qorunan abidələrinin siyahısına salınacaq

Şamaxıda baxımsız vəziyyətdə qalan abidə, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin siyahısına salınacaq.

Bunu Trend-ə açıqlamasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov deyib. Onun sözlərinə görə, son dövrdə qurum tərəfindən 1700-dək yeni abidə aşkarlanaraq qeydiyyata götürülüb:

“Həmin abidələrdən biri də Şamaxıda Mədrəsə kəndində olan kilsədir. Hazırda abidə yeni aşkar olunmuş abidə kimi qeydiyyata alınıb. Artıq sənədlər Azərbaycan Milli Elimlər Akademisyasına göndərilib və kilsəyə Alban abidəsi rəyi verilib. Tikili dövlət tərəfindən mühafizə olunan daşınmaz tarixi mədəniyyət abidələri siyahısına alındıqdan sonra, bərpası aparılacaq”.

F.Hüseynov qeyd edib ki, baxımsız qalan abidəyə kimliyi bilinməyən şəxslər tərəfindən zərər vurulub:
“Bu gün artıq həmin abidənin təmizlənməsi, içərisində olan artıq şeyləri çıxarlması ilə bağlı tapşırıq verilib. Dəymiş ziyanla bağlı isə akt hazılanaraq lazımı orqanlara təqdim olunacaq və daha sonra abidəyə zərər vurən şəxsin kimliyi araşdırılacaq”.

Mətbuat katibi əlavə edib ki, Mədrəsə və yaxın digər kəndlərdə olan abidələrin mühafizəsi üçün müəyyən şəxs ayırılıb və o mütəmadi olaraq onlara baş çəkərək vəziyyətlə bağlı məlumat verəcək.

Trend:

Layihələr

previous arrow
next arrow
Slider

Xəbərlər arxivi

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com