Sorğu

Loading ... Loading ...

Təqvim

Декабрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Samir Şərifov: Azərbaycan hətta neftin qiymətlərinin ucuzlaşmasına baxmayaraq, makro-fiksal davamlılığı təmin edə bildi

Milli Məclis “2014-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini təsdiq edib. Trend-in məlumatına görə, Milli Məclisin plenar iclasında Hesablama Palatasının rəhbəri Vüqar Gülməmmədov qeyd edib ki, ümumlikdə dövlət büdcəsinin icrası haqqında rəylər müsbətdir, lakin bəzi maddələr üzrə proqnozlar tam icra edilməyib: “Belə ki, hüquqi şəxslər üçün yol vergisi və torpaq vergisi üzrə vergi daxilolmaları tam təmin edilməyib”.

Onun sözlərinə əsasən, ötən il dövlət büdcəsinin xərcləri 2013-cü illə müqayisədə 22,18 faiz az olub: “Dövlət büdcəsinin xərclərinin bundan sonra azaldılması üçün potensial mövcuddur”.

Maliyyə Naziri Samir Şərifov isə bildirib ki, ötən il dünyada baş verən əlverişsiz iqtisadi şəraitə, geosiyasi vəziyyətin regiona mənfi təsirinə və neftin qiymətlərinin ucuzlaşmasına baxmayaraq, Azərbaycan makro-fiksal davamlılığı təmin edə bildi.

Qeyd edək ki, 2014-cü ilin dövlət büdcəsinin proqnozları 1 barel neftə görə 100 dollar qiymətində formalaşdırılıb, lakin ilin sonuna onun qiyməti təqribən iki dəfə azalıb.

Parlamentin deputatları büdcənin icrası ilə bağlı fikirlərini bildiriblər. Millət vəkili Qüdrət Həsənquliyev səhiyyəyə çəkilən xərcləri artırmağı təklif edib.

Millət vəkli Azay Quliyevin fikrincə, Azərbaycan Resspublikası Dövlət Neft Fondundan transferlərin azalması müsbət amildir və ölkənin neft sektorundan asılılığının azaldılmasını davam etdirmək lazımdır.

Qeyd edək ki, 2014-cü ildə dövlət büdcəsinin gəlirləri 18 400,565 milyon manat, xərcləri isə 18 708,999 milyon manat təşkil edib.

Xərclər strukturunda müdafiə sahəsinə 1 516,088 milyon manat, təhsilə 1 553,865 milyon manat, səhiyyəyə 665,312 milyon manat, sosial müdafiə və sosial təminat sahəsinə isə 1 971,169 milyon manat ayrılıb.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]