Sorğu

Loading ... Loading ...

Təqvim

Ноябрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

“Silk Way Helicopter Services ” “AgustaWestland “in servis mərkəzi olacaq

Azərbaycanın “Silk Way Helicopter Services” (SWHS) aviaşirkəti regionda “AgustaWestland”in servis mərkəzi olmağa hazırlaşır.

Trend-in məlumatına görə, bu barədə ATO.ru aviasiya portalı şirkətin baş direktoru Azər Sultanova istinadən xəbər verir.

Onun sözlərinə əsasən, SWHS hazırda lisenziyanın əldə edilməsi üçün istehsalçı ilə danışıqlar aparır. Lisenziya əldə edildikdən sonra müəssisə Xəzər regioninda, Mərkəzi Asiya və Yaxın Şərqdə istismar edilən “AW139” helikopterlərinə xidmət göstərə biləcək.

“EASA Part 145” sertifikatına malik şirkət hazırda texniki xidmətin baza və nizami formalarını yerinə yetirməklə bu növ helikopterlərin uçuşa yararlılığını sərbəst şəkildə qoruyur. Aviaşirkətin parkında cəmi 7 ədəd “AW139” helikopteri istismar olunur, onlardan dördü əsas iş növü – ofşor daşımaları üçün ayrılıb, eləcə də quruda istehsal vəzifələrinin icrası məqsədilə istifadə olunur. Daha iki helikopter pasiyentlərin daşınması üçün tibbi avadanlıqla təchiz edilib, onlardan birinin VIP dəsti var.

Məlumatda deyilir ki, SWHS perspektivdə təkcə texniki xidmət göstərilməsi ilə deyil, həm də digər “AW139” operatorları üçün yay personalının tədrisi ilə məşğul olmağa hazırlaşır: “Şirkət rəhbəri hesab edir ki, bu xidmətlərə digər ölkələrdə tələbat yaranacaq. Xüsusilə, Rusiyada hazırda 20-dan artıq “AW139” helikopteri istismar olunur, onlardan dördü yerli “HeliVert” zavodunda (Tomilono) yığılır. Daha 17 helikopter Qazaxıstanda uçur”.

Qeyd edilir ki, müəssisə, həmçinin Azərbaycandan kənarda istənilən dəniz şelflərində helikopter xidmətləri göstərməyə hazırdır. Hazırda şirkət növbə ilə çalışan işçiləri və yükləri Xəzərin Azərbaycan sektorundakı yataqlara aparır. SWHS-in xidmətlərindən BP (British Petroleum), “Exxon”, “Total” kimi xarici neft şirkətləri istifadə edir.

SWHS, həmçinin autsorsinq şərtləri ilə uçuşa yararlılığın qorunması üzrə xidmətlər və hava gəmiləri menecmenti xidmətini təklif edir. Şirkət regionda Neft-Qaz İstehsalçıları Assosiasiyasının (OGP) standartlarına cavab verən yeganə müəssisədir.

Zabrat aeroportunda 7 ədəd “AW139” helikopterindən başqa, 2 ədəd “Sikorsky S-92” helikopteri də var. Onlar, eləcə də 6 ədəd “Mi-171” helikopteri, əsasən, xarici neft holdinqlərinin maraqlarına uyğun istifadə edilir.

SWHS-in Xəzər dənizindəki adada ehtiyat aerodromu var. Aerodrom yükboşaltma məntəqəsi kimi istifadə edilir. Şirkətin 450 nəfərlik ştatı var: pilotlar, texniki personal Avropa, ABŞ və Kanadanın nüfuzlu treninq mərkəzlərində təlimlər keçirlər. “Mi-171”-də tədris “Azərbaycan Hava Yolları” dövlət konserninə daxil olan Milli Aviasiya Akademiyasının simulyatorlarında aparılır.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]