Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Silk Way West hava gəmiləri parkına yeni Boeing 747-8 Freighter təyyarəsini əlavə edib

Silk Way West hava gəmiləri parkına yeni Boeing 747-8 Freighter təyyarəsini əlavə edibAzərbaycanın Silk Way West aviadaşıyıcı şirkəti hava gəmiləri parkına bazar ertəsi Bakıya gələn yeni Boeing 747-8 Freighter təyyarəsini əlavə edib. Bu barədə Silk Way West aviaşirkətinin mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, bununla da, Silk Way West-in balansındakı Boeing 747-8 Freighter təyyarələrinin sayı üçə çatıb. 747-8 Freighter ilə yanaşı, aviaşirkət 3 Boeing 747-400 Freighter təyyarəsini də istismar edir.

Boeing korporasiyası ilə müqaviləyə əsasən, Silk Way West daha iki Boeing 747-8 Freighter alacaq. Təyyarələrin 2016-ci ilin birinci yarısında Azərbaycana gətirilməsi gözlənilir.

Silk Way West yeni Boeing 747-8 Freighter təyyarələrini almaqla, yük aviadaşımaları sahəsində biznesini əhəmiyyətli dərəcədə genişləndirmək istəyir. Yeni Boeing 747-8 Freighter təyyarəsi Sinqapur və Komatsuya (Yaponiya) uçuşlar həyata keçirəcək.

Analoji modellər ilə müqayisədə 747-8 Freighter-in rəqibləri yoxdur – o, yük aviadaşıyıcıları üçün ən aşağı istismar xərcləri, böyük yük təyyarələri sinfində maksimum səmərəlilik, həmçinin təkmilləşdirilmiş ekoloji göstəriciləri təmin edir.

Silk Way West – regionda ən iri yük daşımaları həyata keçirən aviadaşıyıcıdır. Aviaşirkət bütün dünyaya, o cümlədən Avropa, Yaxın Şərq və Şərqi Asiyaya çarter və müntəzəm reyslər həyata keçirir. Ötən il Silk Way West Airlines Federal Aviasiya Administrasiyası (FAA) tərəfindən ABŞ-a uçuşlar üçün icazə alıb.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]