Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Şirvan-Salyan avtomobil yolunda yenidənqurma işləri davam etdirilir

Şirvan-Salyan avtomobil yolunda yenidənqurma işləri davam etdirilirŞirvan-Salyan avtomobil yolunda yenidənqurma işlərinin davam etdirildiyi bildirilir. Bu barədə “Azəryolservis” ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumatda qeyd olunur.

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə Şirvan-Salyan avtomobil yolunun yenidənqurulması işləri davam etdirilir.

Artıq yolun 5 kilometr hissəsində asfalt-beton örtüyün üst qatı frez maşınları ilə qaşınıb, yararsız qrunt qazılaraq çıxarılıb və kənara daşınib, 5 kilometrlik hissədə torpaq yatağı tikilib, karbonat materialı tökülərək kipləşdirilib, 2.3 kilometr hissədə isə 30 sm qalınlıqda əsas tikilib.

Ötən gündən etibarən isə yolun Salyan rayonunun Qarabağlı kəndi ərazisindən keçən hissəsində təmir-tikinti işlərinə başlanılıb. Ərazidə yol yatağı asfalt-beton örtüyünün döşənməsi üçün tam hazır vəziyyətə gətirilib və artıq sözügedən hissədə asfaltlanma işlərinə start verilib.

Şirvan-Salyan avtomobil yolunda aparılan yenidənqurma işləri şəxsən Nəqliyyat naziri Ziya Məmmədovun və “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altındadır. İşlər yüksək keyfiyyətlə və tərtib olunmuş qrafikə uyğun həyata keçirilir. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Qeyd edək ki, uzunluğu 31 kilometr olan Şirvan-Salyan avtomobil yolunun 23 kilometri, yerli əhəmiyyətli M-3 (47 km, Fəhlə qəsəbəsi-Çadırlı avtomobil yolu) Nəqliyyat Nazirliyinin, qalan 8 kilometri isə Şirvan Şəhər İcra Hakimiyyətinin mülkiyyətinə aiddir. Yolun III dərəcəyə uyğun yenidən qurulması üçün hazırlanmış layihə-smeta sənədlərinə əsasən, torpaq yatağının eni 12 metr, hərəkət hissəsinin eni 7 metr, hərəkət zolaqlarının sayı 2, çiyinlərin eni 2.5 metrdir.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]