İsmayıllının Aşıqbayramlı kəndinə təbii qaz verilmişdir

Uzun fasilədən sonra İsmayıllı rayonunda 167 təsərrüfatı və 748 nəfər əhalisi olan Aşıqbayramlı kəndinə təbii qazın verilməsi bərpa olunmuşdur.
Bu, son illər rayonda mavi yanacaq verilən sayca 23-cü kənddir. Xətlərdə əsaslı təmir və bərpa işləri daxili imkanlar hesabına aparılmışdır. Yaxın vaxtlarda daha üç kəndə təbii qaz veriləcəkdir.
Kənddə keçirilən açılış mərasimində rayon İcra hakimiyyətinin başçısı Nizami Ələkbərov, Milli Məclisin deputatı Ərəstun Cavadov çıxış edərək dövlətimizin sosial siyasət konsepsiyasından, onun uğurlu nəticələrindən, bu konsepsiyanın bütün bölgələri əhatə etməklə insanların həyat şəraitinin gündən-günə yaxşılaşdırılmasına töhfə verdiyindən danışmışlar.
Kənd orta məktəbinin müəllimi Şövkət İbadova göstərilən diqqət və qayğıya görə ölkə başçısına sakinlər adından minnətdarlığını bildirmişdir.
Əmək veteranı, şəhid atası Valod Bəşirov sürəkli alqışlar altında məşəli alovlandırmışdır.

AzərTAc

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com