Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

SOCAR büdcəyə ödənişi artırıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2015-ci ilin aprel ayında dövlət büdcəsinə 132 milyon 503 min manat vəsait ödənilib.

SOCAR-ın saytına istinadən məlumat verilir ki, bu göstərici 2014-cü ilin aprel ayı müqayisədə 4 milyon 87 min manat və ya 103,2 faiz çox olub.

Ümumiyyətlə, 2015-ci ilin yanvar-aprel aylarında büdcəyə 472 milyon 946 min manat vəsait ödənilib.

Bundan əlavə, cari ilin aprel ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 908 min manat vəsait köçürüb.

Ümumiyyətlə, 2015-ci ilin yanvar-aprel aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 46 milyon 594 min manat təşkil edib.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]