Sorğu

Loading ... Loading ...

Təqvim

Декабрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

SOCAR DESFA-da pay almaqda maraqlı olduğunu təsdiq edib

SOCAR Yunanıstanın qazpaylayıcı operatoru DESFA-da pay əldə etməkdə maraqlı olduğunu təsdiqləyib. İlin sonunadək sazişin imzalanacağı ehtimal edilir.

Trend-in “Reuters” agentliyinə istinadən verdiyi xəbərə əsasən, bu barədə Yunanıstan Özəlləşdirmə Agentliyi (HRADF) məlumat yayıb.

Məlumatda bildirilir ki, Afina SOCAR-ın DESFA-da 66 %-lik pay əldə etmə variantını nəzərdən keçirib. Avropa İttifaqının (Aİ) tələblərinə uyğun olaraq, bu variantda 17 % Yunanıstan hökumətinə və ya üçüncü tərəfə verilir.

HRADF-in bəyanatında qeyd olunur ki, agentliyin nümayəndələri və “Hellenic Petroleum” şirkəti çərşənbə günü SOCAR nümayəndələri ilə görüş keçirib. Görüşdə tərəflər sazişin bağlanmasında istəkli olduqlarını təsdiq ediblər.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]