Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

SOCAR dövlət büdcəsinə ödənişləri azaldıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2015-ci ilin may ayında dövlət büdcəsinə 132 milyon 96 min manat vəsait ödənilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, 2015-ci ilin yanvar-may aylarında büdcəyə 605 milyon 42 min manat vəsait ödənilib. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 217,62 manat (26,5 faiz) azdır.

Bundan əlavə, cari ilin may ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 248 min manat vəsait köçürüb. 2015-ci ilin yanvar-may aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 57 milyon 842 min manat (5,8 faiz az) təşkil edib.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]