Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

SOCAR Dünya Bankının səmt qazının yandırılmasının azaldılması təşəbbüsünü dəstəkləyir

SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) Dünya Bankının (DB) quyulardan çıxan səmt qazının yandırılması problemi ilə bağlı təşəbbüsünü dəstəkləyir.

Bunu Trend-ə DB-nin səmt qazının yandırılması problemi ilə bağlı neft-qaz hasil edən şirkətlərin vahid standart müəyyənləşdirmək təklifini şərh edərkən SOCAR nümayəndəsi deyib.

DB ümid edir ki, neft hasilatı ilə məşğul olan bütün ölkələri və şirkətləri parnik qazların tullantılarını azaltmaq üçün plana qoşulacağına inandıra biləcək.

SOCAR nümayəndəsi bildirib ki, şirkət DB-nin təşəbbüsünə qoşulan ilk şirkətlərdən biri olub: “SOCAR DB və BMT-nin 2030-cu ilə kimə neft hasilatı üzrə istehsal meydançalarında səmt qazının yandırılmasından imtina edilməsinə istiqamətlənmiş təşəbbüsünə qoşulan ilk şirkətlərdən olub. Biz bu sahədə kifayət qədər uğur qazanmışıq. Şirkətimiz bu istiqamətdə böyük işlər görür və görməkdə davam edir. Buna görə, DB-nin ətraf mühitin çirklənməsinin qarşısını alacaq təşəbbüsünü dəstəkləyirik”.

SOCAR-dan başqa bu təşəbbüsə 9 ölkə (Rusiya, Qazaxıstan, Norveç, Kamerun, Qabon, Özbəkistan, Konqo, Anqola və Fransa), 9 böyük neft şirkəti (Total, Statoil, Eni, SNH – Cameroon, Petroamazonas EP, Shell, SNPC, Kuwait Oil Company və BG Group), həmçinin 4 maliyyə institutu (AYİB, AİB, Afrika İnkişaf Bankı və İİB) qoşulub.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]