Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

“SOCAR Energy Ukraine ” Ticarət evinin rəhbəri Vladimir Bıçkov şirkəti tərk edib

“SOCAR Energy Ukraine” Ticarət evinin rəhbəri Vladimir Bıçkovun şirkəti tərk etdiyi bildirilir. Bu barədə Trend-ə “SOCAR Energy Ukraine”nın mətbuat xidmətindən məlumat veriblər.

V.Bıçkovun şirkətdən getməsinin səbəbləri barədə təfərrüatlar açıqlanmır.

V.Bıçkov “SOCAR Ukraine”da 2009-cu ildə Tala Nafta yanacaqdoldurmalarının (Nikolayev və Odessa vilayətlərində 20-yə yaxın yanacaqdoldurma məntəqəsi) Azərbaycan şirkəti tərəfindən alınmasından sonra fəaliyyətə başlayıb.

Məhz bu şəbəkə ilə SOCAR Ukraynanın pərakəndə bazarında işə başlayıb.

Hazırda SOCAR-ın Ukraynada 52 yanacaqdoldurma məntəqəsi var. Şirkət 2015-ci ilin sonunadək bu məntəqələrin sayını 60-a çatdırmaq niyyətindədir.

Dövlət Neft Şirkəti Azərbaycanda yeganə neft məhsulları istehsalçısıdır. Azərbaycan, Gürcüstan, Ukrayna, Rumıniya və İsveçrədə yanacaqdoldurma məntəqələrinin sahibidir.

2014-cü ildə şirkət Azərbaycandan 1,2 milyon ton neft məhsulu ixrac edib. 2013-cü ildə bu rəqəm 1,05 milyon ton təşkil edib.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]