Sorğu

Loading ... Loading ...

Təqvim

Декабрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

SOCAR-ın Qazlift Kompressor Stansiyası tam gücü ilə işlək vəziyyətə gətirilib

“Günəşli” yatağında Qazlift Kompressor Stansiyası tam gücü ilə işlək vəziyyətə gətirilib. Trend xəbər verir ki, bu barədə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) saytında yayılan məlumatda deyilir.

”Azneft” İstehsalat Birliyinin 28 May adına Neft Qazçıxarma İdarəsinin sifarişi əsasında “Neftqaztikinti” Tresti tərəfindən tikilən stansiyanın məqsədi “Günəşli” yatağında neft verən quyuların uzunmüddətli qazlift üsulu ilə istismarını təmin etməklə yanaşı, yataqdakı platformalarda qazlift sistemini tənzimləmək, eləcə də atmosferə atılan qazların yığılaraq nəql olunmasını təmin etməkdən ibarətdir.

Qeyd edək ki, stansiya cari ilin əvvəlində istismara verilsə də, qurğu bu günlərdə tam istismar gücünə çatdırılıb. Stansiyada sazlama, işə buraxılma işləri tam yekunlaşıb və kompressor qurğuları yüksək məhsuldarlıq, təzyiq və dövrlər sayı rejimlərində sınaqdan keçirilib.

Qazlift rejiminə uyğun 3 ədəd kompressor qurğusu (əlavə 1 ədəd qurğu ehtiyatda) daimi işlək vəziyyətdədir və sistemi gün ərzində 3 milyon kubmetr həcmində sıxılmış qazla təmin edir. Artıq stansiya vasitəsilə “Günəşli” yatağındakı qazlift üsulu ilə istismar edilən bütün quyuları sıxılmış qazla davamlı təmin etmək mümkündür.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]