Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

SOCAR karbamid zavodu layihəsinin idarə edilməsi üzrə podratçını müəyyənləşdirdi

Finlandiyanın Helsinki şəhərində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə bu ölkənin “Neste Jacobs Oy” şirkəti arasında Karbamid Zavodu Layihəsi üzrə Layihənin İdarəedilməsi və Müstəqil Təftiş Xidmətlərinə dair müqavilə imzalanıb.

Trend-in SOCAR-a istinadən verdiyi məlumata əsasən, imzalanma mərasimində bildirilib ki, gübrə sektorunda layihənin idarəedilməsi üzrə məsləhətçi kimi böyük təcrübəyə malik olan, yüksək keyfiyyətli texnologiyanın inkişafı, sənaye investisiya layihələri, texniki xidmət və performans təkmilləşdirmələri üzrə ixtisaslaşmış “Neste Jacobs Oy” layihənin idarəedilməsi üzrə Məsləhətçi qismində çıxış edəcək, layihənin idarəedilməsi üzrə yüksək rəqabət qabiliyyətli xidmətlər göstərəcək, eyni zamanda zavodun tikintisi ilə bağlı müstəqil təftişləri əlaqələndirəcək.

Qeyd olunub ki, beynəlxalq təcrübəyə uyğun olaraq Layihənin İdarəedilməsi üzrə Təcrübəli Məsləhətçinin işə cəlb olunması layihələndirmə, xüsusilə, əsaslı layihələndirmə, alınmış material və avadanlıqların quraşdırılması, eləcə də istismar sınaqları mərhələlərində SOCAR-ın idarəetmə və nəzarət prosesinə dəstək olacaq. Bu məqsədlə 2014-cü ilin ortalarında beynəlxalq açıq tender elan edilmiş və “Neste Jacobs Oy” şirkəti tenderin qalibi olmuşdur. “Neste Jacobs Oy” və onun təşkil eədəcyi komanda SOCAR-ın adından MST müqaviləsi üzrə podratçıya nəzarət edəcək.

Azot gübrəsi-Karbamid istehsalı zavodunun layihəsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq, 13 mart 2013-cü il tarixində ARDNŞ və Cənubi Koreyanın Samsung Engineering Co., Ltd. şirkəti arasında imzalanmış Mühəndislik, Satınalma və Tikinti üzrə Müqaviləyə əsasən həyata keçirilir. Daxili tələbatın tam ödənilməsi ilə yanaşı, gələcəkdə istehsal olunan karbamid məhsulunun müəyyən hissəsi Türkiyəyə və SOCAR-a məxsus Kulevi Terminalı vasitəsilə dünya bazarlarına ixrac ediləcək. Zavodun 2017-ci ildə tam istismara verilməsi nəzərdə tutulmuşdur. Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacaq. Sutkada 2000 ton karbamid istehsal edən zavod kənd təsərrüfatının davamlı inkişafına böyük töhfə verəcək, işsizlik probleminin aradan qaldırılmasına müsbət təsir göstərəcək.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]