Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

SOCAR: “Türk axını “nın gücü Azərbaycana lazım ola bilər

Azərbaycan gələcəkdə öz yataqlarından əlavə qaz həcmlərinin tədarükü üçün Avropa ərazisində “Türk axını”nın qaz nəqli gücündən istifadə etmək niyyətindədir. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə jurnalistlərə SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib.

O, “Türk axını” ilə “Cənub Qaz Dəhlizi”nin rəqib layihə olmadığını bildirib: “Çünki qaz həcmlərimiz 25 ilə satılıb, alıcılar onu qəbul etməlidirlər. Azərbaycanın gələcək nəsil yataqları üçün yeni boru kəmərləri lazımdır”.

E.Nəsirov “Türk axını”nın “Cənub Qaz Dəhlizi”ndən daha tez inşa ediləcəyi təqdirdə, heç bir problem yaratmayacağını da qeyd edib: “Ona görə ki, TAP inşa edilənə kimi alıcılarımız qazımızı qəbul etməlidirlər”.

SOCAR-ın vitse-prezidenti əlavə edib ki, “Abşeron”, “Ümid”, “Babək” kimi yataqlar gələcəkdə Azərbaycanda qaz hasilatını artırmağa imkan verəcək: “Ümid edirik ki, “Türk axını” inşa edilsə, əlbəttə ki, davamından istifadə edə biləcəyik. İki variantımız var: TANAP və TAP-ın genişləndirilməsi və ya Üçüncü Enerji Paketi çərçivəsində boruya çıxışdan istifadə etmək”.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]