Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

“SOCAR Turkey Enerji” TANAP qaz boru kəmərində pay əldə edir

“SOCAR Turkey Enerji” şirkəti TANAP qaz boru kəmərinin səhmlərinin 7 faizini əldə etmək niyyətindədir.

Trend-in xüsusi müxbirinin verdiyi məlumata əsasən, bu barədə jurnalistlərə “SOCAR Turkey Enerji”nin prezidenti Kənan Yavuz deyib.

Qeyd edək ki, TANAP layihəsi Azərbaycanın “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan – Türkiyə sərhəddindən Türkiyənin qərb sərhədlərinədək nəqlini nəzərdə tutur.

TANAP boru kəmərinin ilkin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetr təşkil edəcək.

“SOCAR Turkey Enerji” planlaşdırılan 7 faizi SOCAR şirkətindən ala bilər.

Xatırladaq ki, SOCAR hazırda 58 faiz paya sahibdir. Ümumilikdə TANAP layihəsi 10 milyard dollar məbləğində qiymətləndirilir.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]