Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

SOCAR Türkiyə bazarında “Petkim “in payını xeyli artıracaq

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2023-cü ilə qədər Türkiyə bazarında “Petkim” neft-kimya kompleksinin payını 40 faizə kimi artırmağı planlaşdırır. Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakıda keçirilən Regional məsləhətləşmə forumunda bildirib.

Onun sözlərinə görə, qısa müddət ərzində inşa edilən neft və qaz boru kəmərləri də Türkmənistan və Qazaxıstan neftini dünya bazarlarına nəql etməkdə əhəmiyyətli rol oynayır.

R.Abdullayev deyib ki, bu gün Azərbaycan özünün enerji təhlükəsizliyini tam təmin edir, habelə Gürcüstan və Türkiyənin enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verir: “SOCAR, həmçinin Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində ciddi addımlar atır”.

O, əlavə edib ki, dünya enerji daşıyıcıları bazarındakı qeyri-sabitliyə baxmayaraq, bu işlər davam etdirilir.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]