Sorğu

Loading ... Loading ...

Təqvim

Декабрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

SOCAR və “Statoil ” birgə əməkdaşlığı müzakirə edib

İyunun 12-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin baş ofisində Şirkətin prezidenti Rövnəq Abdullayev “Bakı 2015” Birinci Avropa Oyunlarında iştirak etmək üçün Azərbaycanda olan “Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetreni və onu müşayiət edən heyəti qəbul edib.

Trend-in SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, R.Abdullayev “Statoil”un baş icraçı direktorunu yeni vəzifəsi münasibəti ilə təbrik edib, bu vəzifədə onunla ilk dəfə görüşdüyünə şad olduğunu bildirib. Səmimi təbrikə görə təşəkkürünü bildirən E.Saetre Bakıya böyük məmnunluq hissi ilə səfər etdiklərini, burada möhtəşəm idman bayramının şahidi olacaqlarına inandığını bildirib.

SOCAR və “Statoil” arasında uzunmüddətli əməkdaşlıq münasibətlərindən söz açan R.Abdullayev Xəzər hövzəsindən hasil olunan neftin və qazın dünya bazarlarına şaxələndirilmiş marşrutlar üzrə çıxarılmasına imkan verən ixrac neft və qaz kəmərləri sisteminin qısa müddətdə yaradıldığını və uğurla fəaliyyət göstərdiyini bildirib, son illər “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” layihələri çərçivəsində və SOCAR-ın müstəqil işlədiyi yataqlarda görülən tədbirlər nəticəsində ölkəmizin böyük nailiyyətlər qazandığını vurğulayıb. Bildirilib ki, “Statoil” “Şahdəniz” layihəsini tərk etsə də, “Azəri-Çıraq-Günəşli” və digər layihələrdə SOCAR-ın əsas tərəfdaşlarından biri olaraq qalır.

“Statoil”un baş icraçı direktoru rəhbərlik etdiyi şirkətin Azərbaycandakı fəaliyyətindən danışıb və yaradılmış şəraitə görə təşəkkürünü bildirib. O, “Şahdəniz” layihəsini yüksək qiymətləndirərək, Avropanın enerji təhlükəsizliyində bu layihənin böyük rol oynadığını qeyd edib.

E.Saetre Azərbaycan Qaz Təchizatı Şirkəti və Cənubi Qafqaz Boru Kəməri Şirkətinin operatorluğunu üzərinə götürdüyünə görə SOCAR-a təşəkkürünü bildirib və yüksək peşəkarlıq səviyyəsinə malik SOCAR komandasının bu işin öhdəsindən layiqincə gələcəyinə inandığını söyləyib. O, AÇG və Azərbaycanda iştirakçısı olduqları digər layihələrdə əməkdaşlığın uğurla davam edəcəyinə əminliyini vurğulayıb, SOCAR-a müvəffəqiyyətlər arzulayıb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]