Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

SOCAR vakansiya elan etdi

SOCAR-ın struktur bölmələrinə işə qəbulla bağlı vakansiyalar elan olunub. Azərbaycan Respublikası Dövlət Neft Şirkətində aparılan struktur dəyişiklikləri nəticəsində sərbəstləşdirilən işçilərin sosial təminatının dayanıqlığının qorunması məqsədi ilə 17.01.2014-cü ildə “SOCAR üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlılığının təmin olunmasına dair” Proqram təsdiq olunub.

Sərbəstləşdirilmiş işçilərin bu Proqram çərçivəsində SOCAR-ın struktur bölmələrində yaranan vakant yerlərdə yerləşdirilməsi ilə əlaqədar olaraq müsabiqə yolu ilə işə qəbul prosesi müvəqqəti olaraq məhdudlaşdırılıb. Lakin buna baxmayaraq struktur dəyişiklikləri nəticəsində sərbəstləşdirilmiş işçilər və daxili resurslar hesabına doldurulması mümkün olmayan vakansiyalar mütəmadi olaraq şirkətin veb-saytında elan olunur.

Trend-in SOCAR-a istinadən verdiyi məlumata əsasən, hazırda şirkətin veb-saytının (www.socar.az) “karyera” bölməsinin “İşə qəbul” hissəsində Ağdam magistral qaz kəmərləri sahəsində (MQKS) Bərdə rayonu üzrə – energetik, Siyəzən MQKS-də xətti istismar xidməti üzrə – usta, Ağdaş MQKS-də Şəki rayonu xətti istismar xidməti üzrə – usta, Astara MQKS-i Saatlı-İmişli magistral qaz kəmərlərinə xidmət üzrə-mühəndis vakansiyaları elan edilib. Həmin regionlarda yaşayan, vakansiyaların tələblərinə uyğun gələn (təhsil səviyyələri və iş təcrübələri uyğun olan) vətəndaşlar bu vakansiyalara müraciət etməklə müsabiqədə iştirak edə bilərlər.

Xatırladaq ki, sərbəstləşdirilmiş işçilər və daxili resurslar hesabına komplektləşdirilməsi mümkün olmayan vakansiyalar gələcəkdə də şirkətin veb-saytının (www.socar.az) “karyera” bölməsinin “İşə qəbul” hissəsində elan olunacaq. Vakansiyalar üzrə müsabiqədə iştirak etmək istəyən vətəndaşlara veb-saytımızın müvafiq bölməsini mütəmadi izləmələri tövsiyə olunur.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]