Sorğu

Loading ... Loading ...

Təqvim

April 2018
M T W T F S S
« Mar    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Sərhədyanı əməkdaşlıq Azərbaycan ilə Rusiya arasında iqtisadi əlaqələrin əsas hissəsi kimi

Sərhədyanı əməkdaşlıq Azərbaycan ilə Rusiya arasında iqtisadi əlaqələrin əsas hissəsi kimi Sərhədyanı rayonlar ölkələrarası ticarət-iqtisadi əlaqələrin inkişafında vacib rol oynayır. Şübhəsiz ki, sərhədyanı rayonların iqtisadi əlaqələrinin vəziyyət və inkişafına ehtiyat potensialının istifadəsi və ölkələrarası münasibətlərin nöqteyi-nəzərindən baxmaq lazımdı. Bu baxımdan, son illər ərzində Azərbaycan ilə Rusiya arasında iqtisadi əlaqələrin inkişafında mühüm irəliləyişlər baş verib.
2010-cu ilədək imzalanmış Rusiya ilə Azərbaycan arasında uzunmüddətli iqtisadi əməkdaşlıq haqqında müqavilə əsasında əmtəə dövriyyəsi sürətlə artır. Qeyd etmək lazımdır ki, Rusiyanın MDB ölkələri ilə əmtəə dövriyyəsi son 15 il ərzində 6 dəfə azalıb, halbuki bizim ölkəmizdə artıb. Əgər 2005-ci ildə əmtəə dövriyyəsi 960 mln. dollar təşkil etmişdirsə, 2006-cı ilin nəticəsinə görə bu rəqəm 1,5 mlrd. dollara çatdırılmışdır. Lakin Rusiyadan ixrac olunan təbii qazın qiymətinin 2 dəfə artması, Azərbaycanın bu ixracdan imtina etməsinə səbəb oldu. Qeyd etmək lazımdır ki, Rusiya tərəfi MDB ölkələrinə təbii qazın ixracında seçici addım atır. Xüsusən, Ermənistana ixrac edilən qazın qiyməti Azərbaycandan və Gürcüstandan 2 dəfə ucuzdur. Bunu nəzərə alaraq, 2007-ci ildə Rusiya ilə əmtəə dövriyyəmiz 1-1,2 mlrd. dollara qədər azala bilər.
Ölkələrarası əməkdaşlığımızda əsas rolu qarşılıqlı investisiyalar oynaya bilər. Lakin bu imkanlardan hələ də istifadə olunmur. Nefti ixrac edən ölkələr üçün bazarın əlverişli konyunkturası Rusiyaya hədsiz gəlir gətirir. Belə bir vəziyyət həm ölkədə, həm də xaricdə investisiya layihələrinin reallaşmasına zəmin yaradacaq. Bununla bərabər Rusiyanın əsas investisiyaları Qərbə yönəldilən zaman çox maraqlı bir vəziyyət yaranır. Buna baxmayaraq Rusiya bəzi MDB ölkələrini öz siyasi təsiri altında saxlamağa çalışır. Bu xüsusən Azərbaycanla münasibətlərdə aydın görünür. Rusiyanın Cənubi Qafqaz dövlətlərinə 2006-cı ildə yatırdığı investisiyaların cəminə nəzər salmaq kifayətdir: Ermənistan � 1,5 mlrd dollar, Gürcüstana � 30 mln dollara yaxın, Azərbaycana isə cəmi 2,7 mln dollar.
Müqayisə üçün, keçən il ərzində Türkiyənin Azərbaycana investisiyaları 139 mln. dollar təşkil edib. Rusiya (qonşu İran kimi) geosiyasi maraqlar səbəbindən hər cür Ermənistan iqtisadiyyatının inkişafına kömək etmək istəyir. Belə ki, Vneştorqbankın (VTB) prezidenti Andrey Kostin 14 iyun 2007-ci il tarixində �VTB-Ermənistan� filialının açılışında baş nazir S.Sarkisyanla görüş zamanı avia yük daşımaları, qaz və metal çıxarma ilə yanaşı enerji sahəsinə investisiya qoyuluşunu müzakirə etmişdir. Kostinin sözlərinə görə, VTB Ermənistanda 500 mln. dollar həcmində investisiya həyata keçirmək istəyir.
Belə bir seçmə qabiliyyətinə baxmayaraq, Rusiya Azərbaycana və Qazaxıstana yeni Volqo-Donski kanalının tikintisini maliyyələşdirməyi təklif edir. Rusiyanın Azərbaycana bu cür münasibəti bu təklifin müvəffəqiyyətlə həyata keçməsinə şübhə doğurur. Bununla bərabər, Qərb ölkələri böyük həvəslə Azərbaycanda həyata keçirilən investisiya layihələrində iştirak edirlər (əsasən neft sənayesi ilə bağlı). Məsələn, son 10 ildə ABŞ-ın Azərbaycan iqtisadiyyatına qoyduğu investisiyalarının həcmi 15 mlrd. dollar təşkil etdi.
Nəqliyyat sənayesinin ölkələrimiz arasında gələcək inkişafı əmtəə dövrünün artmasına imkan yaradacaq. Bu cəhətdən �Şimal-Qərb� beynəlxalq nəqliyyat dəhlizi (BND) layihəsinin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Layihə çərçivəsində Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) xəttinin tikintisi planlaşdırılır. Dəmir yolunun 350 km-i İranda, 8,5 km-i isə Azərbaycanda inşa olunacaq. �Şimal-Cənub� BND layihəsinin həyata keçirilməsinə 600 mln. dollar vəsait tələb olunacaq, bundan 20 mln. dollar yolun yenidən qurulması ilə bərabər Azərbaycana tələb olunacaq. Mütəxəssislərin hesablarına görə, ilkin mərhələdə nəqliyyat dəhlizin yük keçirtmə qabiliyyəti ildə təxminən 10 mln ton təşkil edəcək. İranın öz ərazisində yol tikintisinin təşkilinə ayrılan maliyyə vəsaitinin kifayət qədər olmaması layihənin həyata keçirilməsini gecikdirir.
Azərbaycan yaranmış vəziyyətdə Rusiya ilə qarşılıqlı əlverişli iqtisadi əlaqələrinin inkişafında olduqca maraqlıdır və qonşu Cənub Qafqaz ölkələrindən fərqli olaraq bu əlaqələri yaratmağına malikdir. Fərəhlidir ki, Rusiyanın MDB ölkələri ilə formalaşan beynəlxalq əlaqələri böyük iqtisadi maraq doğurur. Buna sübut MDB-nin 15 illiyinə həsr olunmuş �Dəyirmi Masa� iclasında İqtisad İnstitutunun aparıcı alimlərinin çıxışıdır.
Ölkələrarası ticarət iqtisadi əlaqələrin inkişafında B. Şmelyovun fikri ilə razılaşmaq olar. O, MDB ölkələri ilə qarşılıqlı əlaqələrin inkişafının ən mənalı variantını təklif etdi və deyir ki, �Rusiya heç bir ittifaqa daxil olmamalıdır və öz üzərinə öhdəliyi götürməməlidir. Lakin, ikitərəfli qarşılıqlı iqtisadi əlaqələri inkişaf etdirməlidir�.
Azərbaycan Rusiya ilə şimalda çox uzun quru sərhəddə malikdir (390 km). Bu sərhədin xeyli hissəsini Böyük Qafqaz yüksək dağlıq suayırıcı təşkil edir. Ticarət daşınmaların əksəriyyəti bizim ölkələrimizi birləşdirən yeganə quru hissə Yalama-Dərbənd sərhədyanı rayonundan keçir.
Mütəxəssislərin fikrincə dövlətlərarası sərhədlər �cəzbedici� və �mənfur� xüsusiyyətlərə malikdirlər. Dövlətlərarası münasibətlərin vəziyyətindən və inkişaf səviyyəsindən asılı olaraq sərhədlərin xüsusiyyəti zamanca dəyişilir. Təbii ki, hər bir dövlət öz cəzbedici xüsusiyyətlərinin yaxşılaşdırılmasında maraqlıdır, ona görə ki, bunun sayəsində ticarət-iqtisadi əlaqələrinin inkişafı üçün yeni imkanlar açılır. Buna müvafiq olaraq hər bir dövlət öz regionlarının inkişafı üçün milli siyasət qurmalıdır.
Bizim ölkələrimizin inkişafında Rusiya ilə qonşu olan regionların inkişaf səviyyəsi az rol oynamır, xüsusən də Dağıstanın. Çeçenistanda baş verən hərbi toqquşma və bunun nəticələri Dağıstanın iqtisadi və kriminal vəziyyətinə bilavasitə təsir etdi. Bu respublika hələ də Rusiyanın ən narahat bölgəsi kimi qalmaqdadır. Səbəb isə respublikanın ağır sosial-iqtisadi vəziyyətidir.
Qeyd etmək lazımdır ki, Dağıstan, Kalmıkiya və Çeçen-İnquşetiya ilə bərabər sovet dövründə də Rusiya Federasiyasının ən geridə qalmış respublikaları sayılırdı. Bu vəziyyət Sovet İttifaqının dağılmasından sonra da dəyişmədi. Bu arada Rusiya prezidentinin �3 iyul 1996-cı il 803 �-li əmri ilə hökumət �Rusiya Federasiyasının regional siyasətinin əsas mövqeliləri� adlı proqram hazırlanmışdır. Bu proqram əsasında Rusiyanın ətraf bölgələrinin inkişafı ilə bağlı tədbirlər də nəzərdə tutulmuşdur. Lakin, keçmiş vaxt ərzində Dağıstanın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı heç bir dəyişikliklər baş vermədi.
Bizim fikrimizcə bir sıra inkişaf edən ölkələr ilə həyata keçirilən bu işdə müəyyən pozitiv rolu, xüsusi iqtisadi zonaların müəyyən elementlərin yaradılması oynaya bilərdi. Dağıstanda azad iqtisadi zonanın yaradılması haqqında fikir hələ 1996-cı ildə irəli sürülmüşdü. �Dağıstan Respublikasında azad iqtisadi zona� haqqında qanun layihəsi Dövlət Dumasına Dağıstan Dövlət Sovetinin sədri Maqomedali Maqomedovun Federasiya Sovetinin üzvünün səlahiyyətlərini icra edən dövrdə təklif edilmişdir. Lakin, Rusiya Federasiyasının Dövlət Duması bu qanun layihəsini rədd elədi, ona görə ki, layihə �Rusiya Federasiyasının Konstitusiyasına ziddir�.
Dövlətlərin ticarət-iqtisadi əlaqələrinin dərinləşməsi bizim ikitərəfli əlaqələrimizin inkişaf perspektivlərinə təsir göstərəcək. Bununla bağlı Rusiyada Qafqaz milliyyətinin nümayəndələrinə olan ksenofobiya və təcavüzkar münasibət Azərbaycan cəmiyyətində müəyyən təsnifata səbəb olmuşdur. Bu narahatlığa Rusiyanın bir sıra KİV nümayəndələri həmfikir olurlar. Xüsusən, �Novie İzvestiya� qəzetinin məqaləsi ilə razı olmamaq mümkün deyil, harada ki, qeyd edilir: �Təhsil və mədəniyyət məqsədi ilə yaradılan �Naşi�, �Moladaya Qvardiya�, �Mestnıe� adlı formal təşkilatlar əslində ekstremizm və ksenofobiyanın təbliğatı ilə bağlı siyasi aksiyalar keçirdirlər. Onların fəaliyyətini ancaq hakimiyyətə yaxınlıq müdafiə edir�.
Yaranan vəziyyət sərhədyanı əməkdaşlığın tam dəyərli inkişafı ilə bağlı planların hazırlanmasını və realizə edilməsinə imkan vermir. Bununla bağlı, təbii ki, sual yaranır � Nə dərəcədə Rusiya bizim ölkə ilə sərhədyanı əməkdaşlıqda maraqlıdır? Bu sualın cavabı ölkələrimiz arasında, o cümlədən sərhədyanı rayonlarda gələcək ticarət-iqtisadi əlaqələrin genişləndirilməsini və dərinləndirilməsini müəyyən edəcək.

İsmayılov Ç. N.

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com