Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Sumqayıt Texnologiya Parkının bazasında yaradılan Sənaye məhsullarının standartlaşdırılması üzrə Texniki Komitənin təqdimatı keçirilib

Sumqayıt Texnologiya Parkının bazasında yaradılan Sənaye məhsullarının standartlaşdırılması üzrə Texniki Komitənin təqdimatı keçirilib Sumqayıt Texnologiya Parkında (STP) Sənaye məhsullarının standartlaşdırılması üzrə Texniki Komitənin təqdimat mərasimi keçirilib.
Тədbirdə çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov son 10 ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcminin 3 dəfəyə qədər artdığını bildirib.
Onun sözlərinə görə, ölkə başçısının sərəncamı ilə 2014-cü il Azərbaycanda «Sənaye ili» elan edilməsi ilə bu sahənin daha da inkişafı üçün zəmin hazırlayır: «Standartlaşdırma üzrə yeni texniki komitələrin yaradılması, onların beynəlxalq təcrübəyə uyğunlaşdırılması və bu texniki komitələr çərçivəsində beynəlxalq standartlarla harmonizə edilmiş yeni milli standartların hazırlanması qarşıda duran başlıca vəzifələrdən biridir. «Sənaye ili» ilə bağlı görüləcək tədbirlər çərçivəsində sənayenin infrastruktur təminatının yaxşılaşdırılması, ölkənin güclü sənaye mərkəzinə çevrilməsi istiqamətində mövcud potensialdan daha səmərəli istifadə etmək məqsədi ilə SMPDK-nın əmri ilə STP-nin bazasında Sənaye məhsullarının standartlaşdırılması üzrə yeni Texniki Komitə yaradılıb».
R.Həsənov qeyd edib ki, artıq bu Texniki Komitənin əsasnaməsi, strukturu, bu il üçün fəaliyyət planı təsdiq edilib: «Texniki Komitənin strukturuna «Sumqayıt Texnologiya Parkı» MMC və Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə yanaşı, Polimer məmulatların standartlaşdırılması, Elektrik məmulatların standartlaşdırılması, Tikinti materiallarının, dəmir-beton məmulatlarının və metal konstruksiyaların standartlaşdırılması və Maşınqayırma üzrə dövl Alt Komitə də daxildir».
Dövlət Komitəsinin sədri deyib ki, Texniki Komitənin əsas məqsədi ölkədə istehsal olunan sənaye məhsullarının xarici bazara çıxarılmasının təmin edilməsidir: «Həmçinin, bu məhsulların rəqabət qabiliyyətinin artırılması istiqamətində yeni beynəlxalq tələblərə cavab verən milli standartların işlənib hazırlanması və bu sahədə fəaliyyət göstərən beynəlxalq texniki komitələrlə əlaqələrin genişləndirilməsi nəzərdə tutulub».

APA

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]