Sorğu

Loading ... Loading ...

Təqvim

August 2020
M T W T F S S
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Partnyorlarımız

Sumqayıt kimyaçıları Yaponiya sahibkarları ilə əməkdaşlığa hazırdırlar


Sumqayıt kimyaçıları Yaponiya sahibkarları ilə əməkdaşlığa hazırdırlar. Bu günlərdə respublika Dövlət Neft Şirkətinin �Azərkimya� İstehsalat Birliyinin baş ofisində Yaponiyanın ölkəmizdəki səfirliyinin nümayəndələri ilə görüşdə bu sahədə ikitərəfli münasibətlərin perspektivləri müzakirə olunmuşdur.
İstər neft-kimya sahəsində, istərsə də iqtisadiyyatın digər sahələrində iki ölkə arasında əməkdaşlığın müsbət dinamikası qeyd edilmişdir. Qonaqlar kimya sənayesinin inkişaf perspektivləri barədə ətraflı məlumat almışlar.
Yaponiya diplomatları Sumqayıtda müasir sənaye kimyası parkının və karbamid zavodunun yaradılması məsələləri ilə maraqlanmışlar. Görüşdə bildirilmişdir ki, parkın ərazisində onlarca özəl kimya müəssisəsi fəaliyyət göstərəcəkdir. Kimyaçılar kimya parkında modernləşdirilmiş texnologiyaların və müasir avadanlığın tətbiqinə dair Yaponiya investorlarının təkliflərini müzakirə etməyə hazır olduqlarını bildirmişlər.
Qeyd edək ki, ARDNŞ-nin �Azərkimya� İstehsalat Birliyinin rəhbərliyi Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərlə əməkdaşlıq dairəsini fəal surətdə genişləndirir. Bundan əvvəl Koreya səfirliyinin, MDB-nin bir sıra ölkələrinin və başqa ölkələrin diplomatları ilə görüşlər olmuşdur.

AzərTAc

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]